ArxivXəbər lentiXəbərlər

Nardaranın axundu Kürdəxanıya köçürülüb

Nardaranda sakitlikdir, amma polis qüvvələri hələ də kənddədir. Bunu Turan-a kənd ağsaqqalı Natiq Kərimov bildirib.

O, bu il noyabrın 26-da Nardaranda baş verən silahlı insidentdə yaralananların yanına yaxınları da daxil olmaqla heç kəsin buraxılmadığını söyləyib. “Digər tərəfdən, yaralıların yanına heç kəs buraxılmadığı üçün xəstəxanada yaralı qalıb- qalmadığını da bilmirik”, – kənd ağsaqqalı bildirib.

N.Kərimov dekabrın əvvəllərində saxlanılaraq 12 sutka inzibati cəza alan hacı Nuhbala Əliyevin bu günlərdə Kürdəxanı təcridxanasına göndərildiyini söyləyib. “Evlərdə axtarışlar və sakinlərin saxlanmasıl davam edir”, – o qeyd edib.

Kəndə elektrik enerjisinin verildiyini deyən N.Kərimov pulsuzluq səbəbindən sakinlərin bu enerjidən istifadə edə bilmədiklərini vurğulayıb. “Hər 10 evdən 2-3-də işıq yanır, ya yanmır, pul yoxdur ki, karta elektrik enerjisi yükləmək mümkün olsun”, – o, kənd sakinlərinin maddi durumunu anladıb.

Kəndə qaz verilməsinə gəlincə, N.Kərimov kəndin bəzi yerlərinə qaz verilsə də təzyiq olmaması səbəbindən çox zəif yandığını, sakinlərin yenə də qaz balonları almağa məcbur olduqlarını nəzərə çatdırıb.

Yolların genişləndirilməsi prosesinin davam etdiyini deyən N.Kərimov kənddə polis bölməsi binasının inşasının da davam etdiyini xatırladıb.

Yolların genişləndirilməsinin evlərin, həyətyanı sahələrin sökülməsinə səbəb olacağını deyən kənd ağsaqqalı bundan ötrü hökumətin kompensasiya da nəzərdə tutduğunu söyləyib. “Sökülə biləcək evin hər kv.metrinə 400 manat, həyətyanı sahənin hər sotuna isə 1500 manat ödənməsi nəzərdə tutulur. Sakinlər ödənilməsi nəzərdə tuutlan kompensasiyaların azlığından narazıdır”, – N.Kərimov qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button