ArxivNardaranXəbər lentiXəbərlər

Nardaranda dindarlar nəzarətə götürülür

Nardaranda dindarlar nəzarətə götürülür . Ötən il həbs olunanlardan hələ də xəbər yoxdur; qəsəbədə yeni dini icmanın yaradılmasına başlanıb. Nardaran hələ də Daxili Qoşunların və polisin nəzarətindədir.

Artıq 46 gündür ki, qəsəbəyə kənar şəxslərin girişi qadağandır. Postlardan yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə keçmək mümkündür.

Yeni Müsavat yazır ki, ötən il noyabrın 26-da Nardaranda polisin dindarlara qarşı silahlı basqınından sonra keçirilən aksiyalarda fəallıq göstərdikləri üçün həbs olunanlardan hələ də xəbər yoxdur. Bu barədə rəsmi qurumlar nədənsə məlumat vermirlər.

İki aya yaxındır Daxili Qoşunların nəzarətində olan Nardarandakı durumla bağlı mətbuata açıqlama verən yeganə şəxs Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov idi. O isə yanvarın 6-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı həbs edilib. Dövlətə xəyanətdə ittiham olunan N.Kərimov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda DTX-nin təcridxanasında saxlanılır. N.Kərimovun oğlu Kamran Kərimov atası ilə görüşə bilmədiklərini, yalnız vəkil vasitəsilə ondan xəbər tutduqlarını bildirdi.

Hazırda Nardaranda təmir-tikinti işləri davam edir. Qəsəbəyə aparan yollar genişləndirilir, yol kənarları hasara alınır. “

Nardaranla bağlı gələn son xəbər isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanvarın 13-də Nardaranda dindarlarla görüşü barədədir.

Görüşdə bu məsələyə diqqət çəkilib və bildirilib ki, ölkənin bütün bölgələrindəki kimi, Nardarandakı məscidlər də nəzarətdə olacaq. Görüşdə bunun üçün qəsəbədə dini icmanın yaradılmasına və məscidlərin fəaliyyətinə, eləcə də dini maarifçilik işinin aparılmasına nəzarət artacaq.

Əlbəttə, Nardaran hadisələrindən sonra bütün məscidlərin nəzarətə götürüləcəyi anonsu verilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button