ArxivNardaranXəbər lentiXəbərlər

Nardaran şəhidlərinin birinci ildönümü mərasimi keçiriləcək

Nardaran şəhidlərinin birinci ildönümü mərasimi Təbriz şəhərində əhalinin iştirakı ilə keçiriləcək
Qafqaz.ir – Nardaran Şəhidlərinin Anılması Təşkilatının verdiyi məlumata görə Təbriz şəhərində Nardaranın məzlum şəhidlərinin birinci ildönümü münasibəti ilə anım mərasimi keçiriləcək. Mərasim 24 noyabrda saat 18:15-dən 20:00-dək Təbrizin Vəliəsr (əc) prospekti, İmam Sadiq (ə) məscidində baş tutacaq.
Anım mərasimində Təbrizin şəhid yetişdirən müxtəlif siniflərdən olan əhalisi iştirak edəcək.
Mərasimin xətibi Höccətül-islam vəl-müslimin Nəzəri, məddahı isə Mehdi Xadim Azəriyan olacaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları ideoloji xarakterli bir layihə hazırladıqdan sonra onu həyata keçirmək məqsədilə 2015-ci il 26 noyabrda Nardaranda yerləşən bir hüseyniyyəyə hücum etmiş, orada namaz qılan dindarlardan 4 nəfərini şəhid etmiş, bir neçə nəfəri yaralamış və əsassız ittihamlarla həbs etmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button