ArxivXəbər lentiXəbərlər

Nardaran işi 3″:”Zülfüqar Mikayılovun cəzasını çəkmə rejimi qanunsuz olaraq ağırlaşdırılıb” – Video

Fevralın 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli qərarından verilən şikayət üzrə ilkin məhkəmə iclası keçirilib.
 qafqaz.ir   rakurs.tv-ya idtinad xebere gore.Vəkil Şəhla Hümbətova məhkəməyə bildirib ki, hüquqlarını müdafiə etdiyi Zülfüqar Mikayılovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2017-ci il tarixdə çıxardığı hökmə 22 dekabrda dəyişiklik edilərək, onun cəzasını çəkmə rejimi ağırlaşdırılıb.Vəkil qeyd edib ki, həmin qərardan şikayət verib. Lakin şikayət bu işə əlavə olunmayıb və hələ də baxılmayıb. Müdafiə tərəfi hesab edir ki, həmin işlə bağlı məhkəmənin mövqeyi olmasa, bu işə baxıla bilməz.
Müdafiə tərəfin çıxışından sonra hakim S.Mirzəyevin növbəti prosesin martın 2-də davam edəcəyini elan edib.
Xatırladaq ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər. 6 dekabr 2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi Zülfüqar Mikayılovun 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 12 il 3 ay, Eldar Bünyatov 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Mübariz İbrahimov 13 il, Cabir Əliyev 14 il, Ramil Seyfullayevin 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button