ArxivXəbər lentiXəbərlər

Müsavat fəalının məhkəməsi yenidən təxirə salındı – Video

Məhkəmədə vəkil Osman Kazımovun verdiyi vəsatətə baxılaraq və prokurorun münasibətini öyrənərək vəsatətin “əsassız olduğundan” təmin olunmaması barədə qərar qəbul edib.
Vəkil O. Kazımov məhkəməyə bildirib ki, Bakı şəhər Baş polis idarəsindən qeydiyyat məsələsini aydınlaşdırmaq üçün vəsatətlə bağlı sorğu 7 mayda verilsə də, hələ də heç bir cavab gəlməyib. Vəkil bununla bağlı tədbir görülməsini məhkəmədən xahiş edib. Daha sonra prosesin 5 avqust saat 12:00-da davam edəcəyi elan olunub.
Qeyd edək ki, 2014-cü ildən Litvada siyasi mühacir kimi yaşayan A.Həsənov 2018-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Bakıya gəlib. Gəlişinin səbəbi isə atasının ağır durumu durumu olub. Elə həmin gün – oktabrın 11-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button