ArxivIslamXəbər lentiXəbərlər

“Müsəlmanlar birləşməsə, zəlil vəziyyətə düşəcəklər” – Ayətullah Xamenei

Ayətullah Seyid Əli Xamenei: Trampın yanlış fikirləri daha ağır problemlərin nümunəsidir

Bu gün İranda 35-ci Beynəlxalq Quran Müsabiqəsi keçirilib.

Müsabiqənin açılışında çıxış edən Ali Lider Ayətullah Seyid Əli Xamenei bildirib ki, bütün müsəlman ölkələri ABŞ-a qarşı birləşməlidir: “Müsəlman dövlətlərinin Qurana bağlanaraq Amerika və başqa müstəmləkəçi dövlətlərə qarşı dayanmadıqları halda, zəlil vəziyyətə düşəcəklər.”

“ABŞ prezidenti kobud şəkildə, “Amerika olmasa, ərəb ölkələri heç bir həftə yaşaya bilməzlər”, – söyləyir. Bu, müsəlman ölkələri üçün təhqirdir. Əgər onlar imkan verirlərsə, bu anlayış xəstəlikdir. Trampın yanlış fikirləri müsəlmanların həyatını təhlükəyə atan daha ağır problemlərin nümunəsidir”, – deyə Ayətullah Xamenei bildirib.

O əlavə edib ki, müsəlman ölkələrinin əsas problemi məhz Qurandan uzaq düşməsidir: “Ümmət Qurandan ayrı düşdükcə zərbələr alacaq, necə ki, alır da. Quranda, “Allah ipindən yapışın və firqələrə bölünməyin” ayəsinin mənası da məhz Qurandır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button