ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Müsəlman Birliyi Hərəkatı Ali-Səud rejimini qınayıb

Azərbaycan Respublikasında Müsəlman Birliyi Hərəkatı Sudiyyə Ərəbistanındakı son edamlarla bağlı bəyanat yayıb

Qafqaz.ir-nin məlumatına əsasən,Azərbaycan Respublikasının Müsəlman Birliyi Hərəkatının bəyanatında Səudiyyə Ərəbistanında 81 insanın inancına görə edam edilməsi kəskin pislənilir:
“Bu günlər dünyanın gözü önündə Səudiyyə Ərəbistanında 81 insanın acı taleyi edamla sonlandı. Yalnız mövcud hakmiyyətin total qəddarlığı ilə barışmama səbəbi, krallığın onların qətl fərmanına imza oldu. Dünyanın azadlıq şüarçılarının gözləri önündə!”,- deyə bəyanatda bildirilir.
Bəyanatda özlərini demokratiya keşikçiləri kimi qələmə verməyə cəhd göstərən qərb dövlətlərinin bu cinayətə susqun yanaşması diqqətə çatdırılır: “Təəssüf ki, o torpaqların təbii sərvətlərini sovuran bu demokrat oyunbazlar qətliama etiraz etmədilər və bunu görməzdən gəldilər. Lakin Səudiyyə krallığının iyrənc siyasəti şübhəsiz ki, gerçək haqq carçıları tərəfindən hiddətlə qaşılanır və günahsız insanların qətlinə fərman verən rejimin özü və dəstəkçiləri insanlıq əleyhinə olan addımları üçün qınanır”, – bəyanatda deyilir.
Müsəlman Birliyi Hərəkatı öz bəyanatında Səudiyyə Ərəbistanının bu və digər çoxsaylı cinayətlərini pisləyib və bu cinayətlərə seyirçi və dəstəkçi olan qərbi cinayət ortağı adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button