ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Müqəddəs Qumda Azərbaycan tələbələrinin “Təhsildə müvəffəqiyyət” adlı elmi seminarı keçirilib FOTO

Müqəddəs Qum şəhərində təhsil alan tələbələrin elmi nailiyyətlərinin inkişafı və elmi fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi məqsədilə ilk elmi-təcrübi seminar reallaşıb.

Qafqaz.ir xəbər verir ki, azərbaycanlı tələbələrin Elmi Şurası tərəfindən keçirilən elmi-nəzəri və əməli seminar İmam Xomeyni (r) adına mədrəsənin Şəhid Sədr adına salonunda keçirilib. Martın 18-də baş tutan seminarda müvəffəq insanların müştərək xüsusiyyətləri və uğurlarının sirləri, müvəffəqiyyətə aparan yollar, maneələr və digər mövzular müzakirə olunub.

Müqəddəs ayələrin tilavətilə açılan seminara ustad Seyyid Azər Əhmədov moderatorluq edib. O, giriş nitqində Elmi Şuranın yaranma tarixi və səbəblərindən, məqsəd və vəzifələrindən danışıb.

Ustad Hacı Eldar Əlihüseynzadə Elmi Şuranın hədəflərindən danışaraq tələbələrin elmi perspertivlərinin inkişaf amillərindən bəhs edib.

Elmi seminarın son natiqi ustad dr. Hacı Tofiq Əsədov həyatda və elmdə, eləcə də elmi fəaliyyətlərdə uğur qazanmanın yollarından danışaraq 16-dək metodla dinləyiciləri tanış edib.

Çıxışlardan sonra Elmi Şura natiqləri seminar iştirakçılarının EŞ, həmçinin elmi inkişafın istiqamət və amillərinə dair suallarını cavablandırıb. Qeyd olunub ki, EŞ-nın işi icraçı deyil, tələbələrə elmi istiqamət vermək və elmi nailiyyətlər əldə etməkdə yardımçı olmaqdır.

Müzakirələr zamanı xüsusilə elmi uğurun əsas düşməni kimi tənbəllik, əsas təhlükəsi kimi isə elmi hicabın özü olduğu vurğulanıb.

Sonda qeyd olunub ki, ən azı fəsildə bir dəfə EŞ-nın belə tədbirlər keçirməsi planlaşdırılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button