AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Müqəddəs Qum şəhərində Nardaran şəhidlərinin 40 mərasimi keçirildi – Fotolar

Qum şəhəri Həzrət Məsumənin (s) hərəmində (Məscidi-Əzəm) 26 noyabr Nardaran hadisələrində şəhid olanların 40 mərasimi keçirilib. Məclis Quran tilavəti ilə başlayıb, mərsiyələr oxunub. Məclisdə Zəncan şəhərinin imam-cüməsi Ayətullah Şeyx Əli Xatəmi xütbə edib. Ayətullah Xatəmi şəhidlərin xatirəsini əziz tutaraq bu barədə ayə və hədislər oxuyub, geniş izahlar verib. O, dünyada baş verən ümumi hadisələr haqqında ətraflı danışıb, İslamla, xüsusilə İmam Hüseyn (ə) məktəbinə qarşı başlanan amansız mübarizələrin məğlub olacağını vurğulayıb.
Xətib belə bir siyasət yürüdən hakimləri tarixdən ibrət götürməyə çağırıb.
Bu məclisdə yüzlərlə tələbə və ruhanilərlə yanaşı Qum Elmiyyə Hövzəsinin müctəhid və böyük elmi şəxsiyyətləri də iştirak edib. O cümlədən Ayətullah Əmini, Ayətullah Ələvi Qorqani, Ayətullah Buşehri, Ayətullah Seyid Əhməd Xatəmi, Ayətullah Səidi, Ayətullah Şeyx Məhəmmədcavad Fazil Lənkərani, eləcə də Ayətullah Xamenei, Ayətullah Sistani, Ayətullah Nuri Həmədani, Ayətullah Xorasani, Ayətullah Cəfər Sübhani, Ayətullah Məkarim Şirazi, Ayətullah Vəhid Xorasaninin dəftərxanalarının məsul nümayəndələri iştirak ediblər.
Məclisin sonunda Zəncanın məşhur rövzəxanı Hacı Mehdi Rəsuli Nardaran şəhidlərinə həsr etdiyi mərsiyəsini oxumuş və İranın məşhur türk dilli şairlərindən olan Beytullah Cəfəri Nardaran şəhidlərinə həsr etdiyi şeirini oxuyub.

Nuraz.in

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button