ArxivXəbər lentiXəbərlər

Müdafiə Nazirliyi: 5 erməni hərbçisi məhv edilib, 10-u yaralanıb

Aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni birləşmələri ilə silahlı toqquşması baş verib.

 Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qısamüddətli döyüşdə Azərbaycan ordusu qarşı tərəfə ağır zərbə endirib.

 Nəticədə 5 erməni hərbçisi məhv edilib, 10-u isə yaralanıb.

 Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu itki verməyib və bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir.

 Ermənistan tərəfi isə Azərbaycan ordusunun cəbhə xəttində növbəti dəfə təxribat törətməsi, amma bunun qarşısının alınması barədə məlumat yayıb.

 Məlumatda hmçininerməni tərəfinin itki vermədiyi bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button