ArxivXəbər lentiXəbərlər

MTN Suriyada döyüşən 10 nəfəri həbs etdi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Suriyada silahlı birləşmələrə qoşulan 10 nəfər tutulub
 Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqa zidd əməllərin törədilməsində şübhəli bilinən Azərbaycan vətəndaşları – Mustafayev Elxan İsa oğlu, Rəsulov Bəhruz Aydın oğlu, Əzizov Kamran İltifat oğlu, Əlixanov Nadir Mahir oğlu, Şahbazi Bəxtiyar İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu, Məhəmmədzadə Sadiq Yadigar oğlu, Hacıyev Rahim Sədi oğlu, Sultani Vidadi Saleh oğlu və Aslanov Ramil Urfan oğlu tutulublar.

Nazirliyin İctimai Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumata görə, faktlarla bağlı MTN İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Elxan Mustafayev, Bəhruz Rəsulov, Kamran Əzizov, Nadir Əlixanov, Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü oğlu Bəhruz Şahbazi, həmçinin, Sadiq Məhəmmədzadə, Vidadi Sultani və Ramil Aslanov 2014-cü ildə qeyri-qanuni yolla Suriyaya gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrəniblər.

Təlimlərdən sonra onlar Suriyada qanunsuz silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button