ArxivXəbər lentiXəbərlər

Mövsüm Səmədov xalqımıza başsağlığı verdi

Vəkil Yalçın İmanov bu gün Qobustan Qapalı Həbsxanasında AİP lideri Mövsüm Səmədovla görüşüb.

 Bu barədə “İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) qızı Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri və qarşıdan gələn Xocalı soyqırımı ilə bağlı bütün dünya müsəlmanalarına və Azərbaycan xalqına başsağlığı verib.

 Vəkilin sözlərinə görə, Mövsüm Səmədov Xanım Zəhranın (s.ə) şəhadət günləri münasibəti ilə ilk öncə zəmanənin İmamına, Əhli-beyt sevərlərə və bütün dünya müsəlmanlarına baş sağlığı verib: “Allahdan arzum budur ki, dünya və axirətdə bizləri Həzrəti Fatimeyi-Zəhranın (s.ə) inayət və şəfaətindən məhrum etməsin.”

 Mövsüm Səmədov görüş zamanı Xocalı faciəsi ilə bağlı da xalqımıza baş sağlığı verib: “Erməni işğalçıları tərəfindən törədilmiş Xocalı faciəsi bir qrup soydaşımızın faciəvi şəkildə öldürülməsinə səbəb olub. Lakin Qarabağın işğalı ilə bağlı yaranmış problem cəmiyyətimizin bütün sahələrini öz təsiri altında saxlayır. Hegemon güclər, xüsusilə beynəlxalq imperializm tərəfindən yaradılmış bu problemi təəssüflər olsun ki, mövcud hakimiyyət də aradan qaldırmaq iqtidarında deyil. Qarabağ problemi yalnız xalqın mərd, imanlı və şəhid ruhiyyəli övladlarının “Allahu Əkbər” şüarı altında öz həllini tapacaq. Bir daha xalqımıza qarşıdan gələn Xocalı faciəsi ilə bağlı başsağlığı ərz edir və dünyadan köçənlərə Allahdan rəhmət diləyirəm.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button