ArxivXəbər lentiXəbərlər

Mövlud Çavuşoğlu ABŞ-ın İrana qarşı sanksiyalarının davam etməsini qınadı

Türkiyənin xarici işlər naziri ABŞ-ın İran İslam Respublikasına qarşı birtərəfli sanksiyalarının davam etməsini qınayıb.

Mövlud Çavuşoğlu çərşənbə günü Anadolu xəbər agentliyinə verdiyi müsahibədə deyib: ABŞ-ın İrana qarşı sanksiyaları BMT-nin Təhlükəsizlik Şurasının qərarı deyil və birtərəfli formada Vaşinqton tərəfindən çıxarılan qərardır.

Türkiyənin xarici işlər naziri daha sonra, ABŞ-ın dünya ictimaiyyətinin fikrini nəzərə almadan ölkələrə və şirkətlərə qarşı birtərəfli qaydada sanksiyalar tətbiq etməsinə işarə edərək, deyib: Ağ Ev İrana qarşı hansısa addım atmazdan öncə region ölkələri xüsusilə də İran ilə ticarət əlaqələrinə malik olan ölkələr ilə məsləhətləşməlidir.

Çavuşoğlu əlavə edib: Türkiyə İran ilə xüsusilə neft sahəsində geniş əməkdaşlığa malikdir. Buna görə də Vaşinqtonun İrana qarşı sanksiyalarına qoşulmaq niyyətində deyil.

Bundan öncə də Yaponiya,  Hindistan və Çin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarına qoşulmayacaqlarını elan etmişdilər.

ABŞ hökuməti 8 may 2018-ci il tarixində İran ilə nüvə anlaşmasından çıxdığını elan edərək, İrana qarşı nüvə sanksiyalarının bərpa olunacağının anonsunu verdi. ABŞ 4 noyabr tarixinə kimi İranın  neft ixracatını sıfıra endirəcəyini vəd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button