ArxivXəbər lentiXəbərlər

Mosulda İŞİD-in çeçen əsilli lideri Əbu Hişam əş-Şişani ölüb

İŞİD terror qruplaşmasının partlayıcı qurğuların istehsalatına rəhbərlik edən çeçen əsilli lideri Əbu Hişam əş-Şişani Mosulda baş vermiş partlayış nəticəsində ölüb.

Qafqaz Mədəniyyət mərkəzi  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rudaw telekanalı məlumat yayıb.

“İŞİD-in tanınmış əmiri Əbu Hişam əş-Şişani və onun bir neçə silahdaşı yerləşdikləri düşərgədə partlayıcı qurğular istehsal edərkən baş vermiş partlayış nəticəsində ölüblər”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün İŞİD-in daha bir çeçen əsilli lideri Əbu Şamil əş-Şişani İraqın Beyci şəhəri yaxınlığında məhv edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button