ArxivXəbər lentiXəbərlər

MOSSAD məmurları Avropa oyunları bəhanəsilə Bakıya göndərilə bilərlər

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq zabiti sionist rejimin MOSSAD casusluq təşkilatının məmurlarının Bakı-2015 Avropa oyunları bəhanəsilə Bakıda iştirakı ehtimalından xəbər verib.

 İlham İsmayıl Azərbaycan Respublikasında Moderator internet portalına deyib:
2012-ci il “Evroviziya” mahnı yarışmasının keçirilməsi zamanı Avstriya polisinin Bakı polisinə təlim keçdiyi kimi, bu dəfə də MOSSAD – dan təhlükəsizliklə bağlı informasiya mübadiləsi, əməkdaşlıqla bağlı kömək istənilə bilər.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bu sabiq zabiti MOSSAD məmurlarının 1-ci Avropa oyunları bəhanəsilə Bakıda iştirakı ehtimalını əsaslandıraraq, deyib: MOSSAD agentləri radikal islam çevrələrində daha çox mənbələrə malikdir. Avropa Oyunları radikal islamçıların terror hədəfi ola bilər. Azərbaycan fiziki güc hesabına bu tədbirlərin təhlükəsizliyini təmin edə bilmək iqtidarındadır, təhlükənin qabaqlayıcı informasiya ilə zamanında önlənməsi, qarşısının alınması isə professionallıq tələb edir, əməliyyat şəraitinə daxildən və xaricdən nəzarət edilməsində hesab edirəm ki, Rusiya, İsrail, ABŞ, Avropa ölkələrinin xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edilməsi bu ərəfədə vacibdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button