ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Moskvada səfərdə olan İranın neft naziri: Sanksiyalar fonunda Rusiyaya dəstək verməyə hazırıq

İranın neft naziri Cavad Ouci Moskvada Rusiya baş nazirinin müavini və energetika naziri Aleksandr Novak ilə görüşüb və ölkəsinin “ sanksiyalar fonunda Rusiya Federasiyasını dəstəkləməyə və onunla əməkdaşlığı inkişaf etdirməyə” hazır olduğunu bildirib.

Qafqaz.ir  Rusiya mətbuatına istinadla xəbər verir ki, İranın neft naziri Cavad Ouci ölkəsinin “sanksiyalar fonunda Rusiya Federasiyasını dəstəkləməyə və onunla əməkdaşlığı daha intensiv şəkildə inkişaf etdirməyə” hazır olduğunu deyib.

Ouci Moskvada Rusiya baş nazirinin müavini və energetika naziri Aleksandr Novakla görüşündə “Rusiya sanksiyalar altında olanda İranın yanında olduğunu” vurğulayıb.

“Ona görə də bu gün biz bu çətin şəraitdə Rusiyaya yaxın olmağı, ona kömək etməyi özümüzə borc bilirik”, – deyə o əlavə edib.

Bu arada İranın neft naziri Cavad Oudci Moskvada rusiya rəsmilərilə Şimal-Cənub enerji dəhlizinin perspektivlərini də müzakirə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button