Rusiya hökumətinin məlumatına görə, iclasda tərəflər Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması səylərində müsbət rolunu qeyd ediblər.
“Görüş zamanı Azərbaycan, Ermənistan, Rusiya arasında və regionda dəmir yolunun inşası, dəmir yolu nəqliyyatının inkişafı və daşımaların təşkili məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrinin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər. Azərbaycan və Ermənistan tərəfləri görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər”, deyə Rusiya hökumətinin məlumatında qeyd olunur.
Üçtərəfli işçi qrupunun iclası dekabrın 5-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovun görüşündən sonraya təsadüf edir.