ArxivXəbər lentiXəbərlər

Moskvada keçirilən aksiyada müxalifət nümayəndələrindən 50 nəfəri həbs edilib

Rusiya polisi ictimai asayişi pozmağa cəhd ittihamı ilə Moskvada 50 aksiya iştirakçısını həbs edib. İnter Faks-ın verdiyi məlumata görə, Moskva meriyasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi bazar günü bildirib ki, qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun xatirəsini anma mərasimi ümumilikdə mütəşəkkil formada keçirilib. Aleksi Mayorov deyib: Aksiya təyin olunmuş zaman çərçivəsində keçirilib. A.Mayorov əlavə edib: təhlükəsizlik qüvvələri 50 nəfərdən çox aksiya iştirakçısını ümumi asayişi pozmağa cəhd ittihamı ilə həbs edib. Bu məlumata görə, Ukrayna Radasının(Parlament) üzvü Aleksey Qunçarenko da həbs edilənlər arasındadır. Sayı 20 mindən çox elan edilən aksiya iştirakçıları Boris Nemtsovun qətlə yetirildiyi Moskva çayı üzərində salınmış böyük daş körpünün ətraf xiyabanlarında yürüş təşkil ediblər. Rusiyada müxalifət lideri Boris Nemtsov 27 fevral tarixində axşam saatlarında Qızıl Meydanın yaxınlığında, böyük daş körpü üzərində naməlum şəxs tərəfindən hədəfə alınaraq, qətlə yetirildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button