ArxivXəbər lentiXəbərlər

Moskvada İmam Hüseyn(ə) yad edilib

Moskvanın mərkəzi məscidində Kərbəla şəhidləri anılıb.

SalamNews-un Moskva müxbirinin verdiyi xəbərə görə, Allah evinə toplaşan müsəlmanlar əvvəlcə “Qurani-Kərim”i dinləyiblər.

Daha sonra tanınmış ilahiyyatçılar o günün ağrı-acılarından danışıblar.

“Əhli-beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov, ilahiyyatçı Mahir Həziyev ve digərləri imam Hüseynin (ə) islam tarixində tutduğu mövqedən, islama verdiyi töhfələrdən danışıblar.

Möminlərə Kərbəla müsibəti barədə məlumat verən natiqlər o günün əzabları və ağrı-acılarına hər kəsin gözyaşı tökdüyünü bildiriblər.

İlahiyyatçı Mahir Həziyev imam Hüseyn (ə) faciəsini “islam tarixinin ən böyük cinayəti” adlandırıb, İmamın (ə) qanı, canı ilə dinimizi, peyğəmbərlərin hədəfini xilas etdiyini bildirib.

İlahiyyatçı, tarixi faciələrin, o cümlədən Qarabağı faciəsinin, millətinin namusu üçün balasından keçən ananın unudulmadığını diqqətə çatdırıb.

Sonda məscidə gəlmiş rövzəxanların iştirakı ilə mərsiyyələr deyilib, məscidə toplaşanlar imam Hüseyn (ə) ehsanına dəvət olunublar.

Moskva müsəlmanları imam Hüseyni (ə) yad ediblər (FOTOLENT)

Moskva müsəlmanları imam Hüseyni (ə) yad ediblər (FOTOLENT)

Moskva müsəlmanları imam Hüseyni (ə) yad ediblər (FOTOLENT)

Moskva müsəlmanları imam Hüseyni (ə) yad ediblər (FOTOLENT)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button