ArxivIslamXəbər lentiXəbərlər

Moskvada Aşura faciəsi ilə bağlı əzadarlıq mərasimi keçirilib

Oktay Məmmədov Aşura müsibətindən sonra peyğəmbər ailəsinin Allahın düşmənləri tərəfindən başlarına gətirilən digər müsibətləri xatırladıb

Rusiya Federasiyasının paytaxtı Moskvada İslam peyğəmbərinin nəvəsi, müsəlmanların üçüncü imamı Həzrət İmam Hüseynin (ə) Kərbəla faciəsi qeyd edilib.

İnterAz-ın Moskva müxbiri xəbər verir ki, “Əhli-beyt” cəmiyyəti tərəfindən Moskvada fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzində keçirilən əzadarlıq məclisi Qurani-kərimin tilavəti ilə başlayıb. Möminlərə İmam Hüseyn (ə), Həzrət Əbəlfəzl (ə), Həzrət Zeynəb (ə) haqqında məlumat verilib.

Çıxış edən ilahiyyatçı Oktay Məmmədov Aşura müsibətindən sonra peyğəmbər ailəsinin Allahın düşmənləri tərəfindən başlarına gətirilən digər müsibətləri xatırladıb. Həzrət Zeynəbin (ə) hər şeyi gözə alaraq nümayiş etdirdiyi şücaətini qeyd edib.

Əzadarlıq məclisinin xüsusi qonağı, İran İslam Respublikasından dəvət olunmuş tanınmış məddah Seyid Məhəmməd Amuli İmam Hüseynin (ə) dünyanın hər bir yerində anıldığını bildirib, hər bir müsəlmanın qəlbində İmam Hüseyn (ə) sevgisinin yaşadığını diqqətə çatdırıb.

Məclis ehsan süfrəsi ilə sona yetib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button