ArxivXəbər lentiXəbərlər

Minsk qrupu Qarabağda gərginliyin artmasından nigarandır

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçi Minsk qrupu Dağlıq Qarabağda gərginliyin artmasından nigaranlıq edib.

İRİB-in Bakıdakı nümayəndəliyinin Azərbaycan xəbər medialarına istinadla verdiyi məlumata görə, Minsk qrupunun həmsədrləri Qarabağda ön cəbhə yaxınlığında çərşənbə axşamı gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndinə hücumu nəticəsində kəndin iki sakini, o cümlədən iki yaşlı bir uşağın həlak olması ardınca bir bəyanat verərək Qarabağda atəşkəs rejiminin pozulmasından dərin narahatlıqlarını bildirərək bu hücumu münaqişənin dinc həlli üzrə növbəti müzakirələrin qarşısını almaq üçün təxribatçı hərəkət adlandırıblar.

ATƏT-in Minsk qrupunun amerikalı, rus və fransalı həmsədrləri bu bəyanatda həmçinin münaqişə tərəflərinin sivillərin həlak olması ilə nəticələnən istənilən hərəkətlərdən çəkinmək haqda Cenevrə Beynəlxalq Konvensiyası üzrə öhdəliklərini xatırladaraq münaqişə tərəflərini gərginliyin aradan qaldırılması və 1994 və 1995-ci illərdə əldə olunan atəşkərə riayət etməsi istiqamətində addımlar atmağa və bu münaqişənin həlli üçün dərhal müzakirələrə yenidən başlamağa çağırıblar.

Bu bəyanatda bildirilib: Münaqişənin həlli üzrə müzakirələrin davam etməsi bölgənin bütün sakinlərinin real barışığını bərqərar etmək və sülhü əldə etmək istiqamətində yeganə yoldur.

Qeyd edək ki, ABŞ, Fransa və Rusiya 1997-ci ildən ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyini edir. Lakin bu beynəlxalq qrupun vasitəçilik səyləri indiyə qədər nəticə verməmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button