ArxivXəbər lentiXəbərlər

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi yeni kampaniyaya start verib

Yardım kampaniyasının əlavə 2 hissəsi var ki, bu təşkilatdan əlavə bütün azərbaycanlıların öhdəsinə düşür

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi yeni kampaniyaya start verib.

MMDİB-dən Cenubnews.com İnternet Qəzetinə verilən məlumata görə, kampaniyanın məqsədi ehtiyaclı şəhid ailələrinə yardım etməkdir. Kampaniya çərçivəsində ehtiyaclı şəhid ailələrinə maddi yardımlar edilməsi, zəruri ehtiyacların ödənilməsi, köklü problemlərinin qabardılması nəzərdə tutulub.

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin məlumatının davamında qeyd edilir: “Yardım kampaniyasının əlavə 2 hissəsi var ki, bu təşkilatdan əlavə bütün azərbaycanlıların öhdəsinə düşür. Birinci məsələ budur ki, hər bir kəs ehtiyaclı şəhid ailəsi barədə təşkilata məlumat versin. Bu məlumat əsasında araşdırma aparılaraq yardım işlərinə başladılsın. İkinci hissəsi isə sizə təqdim edəcəyimiz bank hesabına və ya qeyd edəcəyimiz əlaqə nömrəsinə zəng edərək görüşüb bacardığınız köməyi etməkdir. Biz birlikdə şəhid ailələrimizə kömək etməli, onların problemlərini birlikdə həll etməliyik. İşin şəffaflığı üçün istənilən şəxs yardım etmə prosesini izləyə bilər”.

Əlaqə nömrəsi:
+994776137779
+994556137779

Beneficiary Bank/Alanın Bankı
Bank Respublika OJSC
Baku/Azerbaijan
SWIFT: BRESAZ22

Beneficiary/Alan
Name/Adı: Tural
Surname/Soyadı: Aliyev
İBAN: AZ08BRES00381184000107569202

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button