Aktual

Azərbaycan Ordusunun əsgəri yaralanıb

Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Şəmsəddin Arzu oğlu İsgəndərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Məlumata görə, əsgər tabeliyindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində qarın nahiyəsindən
xəsarət alıb. Hazırda onun vəziyyəti kafidir.

Fakt üzrə cinayət işi başlanıb, araşdırma gedir.(apa)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button