Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Şahin Qədirli noyabrın 23-də işdən evə qayıdan zaman avtobus dayanacağında naməlum şəxslər tərəfindən saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ilə cinayət işi açılıb, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilmişdi.