ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

MBH nin Bərdə rayon birliyinin üzvü Elşən Abbasov saxlanılıb

Müsəlman Birliyi Hərəkatının üzvlərindən olan Elşən Abbasovun saxlanılması ilə bağlı məlumat yayılıb. Məlumatı E. Abbasovun yaxınları və hadisə şahidləri də təsdiqləyib. Belə ki, bu gün (3 mart) 17:30- radələrində Bərdədə, iş yerinin yaxınlığında bir neçə mülki geyimli şəxslərin Abbasova yaxınlaşaraq heç bir səbəb göstərilmədən onu gəldikləri maşına mindirərək naməlum istiqamətə aparıblar. Yaxınları polisin bu formada saxlanılmasını nəzərə alaraq hadisə ilə bağlı 102-xidməti ilə də əlaqə saxlayıblar. Ailəyə yaxın şəxslərdən biri E. Abbasovun xüsusi sifarişlə saxlanılaraq Bakıya aparıldığı haqda dövlət orqan işçilərindən məlumat əldə etdiyi bildirilib.

Bu ana qədər Elşən Abbasov barəsində hələ də heç bir məlumat yoxdur. Ailəsi və yaxınları artıq dəfələrlə təkrarlnan bu tip saxlama ssenarisini səbəb göstərərək Abbasovun saxlanıldığını bildirirlər.

Xatırladaq ki, “Elşən müəllim” kimi tanınan inanclı hərəkat üzvü olmaqla yanaşı bir neçə dəfə qurama ittihamlarla saxlanılaraq həbs olunub. Hicaba azadlıq aksiyasının fəali iştirakçısı olmuş Abbasov Tale Bağırzadə ilə səmimi münasibətlərə malikdir.  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button