ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

MBH Dini etiqad azadlığı haqqında qanuna dəyişikliyə münasibət bildirdi

Müsəlman Birliyi Hərəkatı “Dini etiqaz azadlığı” haqqında qanunda dəyişiklik ilə bağlı bəyanat yayıb.

“Bu günlər haqlı narahatlığa səbəb olan “Dini etiqad azadlığı” haqqında qanuna dəyişikliyin Milli Məclisə gəlməsi bir çox qaranlıq tərəflərilə suallar ortaya qoyur. Az qala həlli astanasında olan hicab məsələsinin birdən-birə niyə tam əks istiqamətə çevrilməsi maraq doğurur. Yanmayan yerdən tüstü çıxarmağa çalışanlar bu mövzuda inanclıların həssaslığına şahid olduqları halda qadağa siyasəti çox qəribədir. Ununtmayaq ki, hicaba qadağa məsələsi nə vaxt gündəmə gətirilibsə, ardınca haqlı etiraz dalğaları və nəticədə müxtəlif səpkidə qarşıdurmalara səbəb olub.

Digər tərəfdən inancın vətən müdafiəsində, əsgərlərin mücadiləsində əhəmiyyəti heç kəs üçün gizlin deyil. Müharibə ilə bərabər pandemiyanın ağır dönəmində inancın mühüm rolu xalqımızın bir daha dini dəyərlərə sevgi və ehtiramını gücləndirdi.

Bütün bunların fonunda şəhid və qazi ailələrinin bir çoxunda Azərbaycan xanımına məxsus olan baş örtüyü bu məsələdə çox söz söyləyirdi. O igidləri həmin analar, bacılar yetişdirib, xeyir-dua verib vətən müdafiəsinə yola salıb. O qəhrəmanlar canlarını qurban verərək öz ismətli, hicablı xanımlarını, qızlarını bizlərə əmanət qoyub gediblər. Lakin, nədənsə bunlar da göz önünə alınmadı.

Bəs görəsən bu sadalananlara zidd qanunun qüvvəyə minmə səbəbi nə ilə bağlı ola bilər? Həqiqətən də ölkədə inancla, dinlə, imanla bağlı vəziyyət bu qədər gərgindir? Yoxsa bir çox ölkələrin zamanla İslama qarşı təzyiqlərinin sistemli olaraq ölkəmizdə tətbiqi icra olunur?

Mövzu ilə bağlı ekspertlərin rəyi də maraqlıdır. Onlardan bəziləri bu günkü şəraitdə qadağaları hakimiyyətin xarici siyasəti ilə bağlayırlar. Buna, əlaqələri pisləşdiyi müsəlman ölkələri və İslam düşüncəsinə zidd dövlətlərlə hakimiyyətin yaxın münasibətləri, eyni halda bu münasibətlərdən doğan öhdəlikləri mövcud problemə səbəb kimi göstərirlər. Həmçinin müxalifət cəbhəsindən də fərqli yanaşmalar var. Onlar hakimiyyətin vaxtaşırı şəkildə gah müxalifəti, gah da inanclıları hədəfə almasını “təzyiq balansı” yaratmaq siyasətinə bağlayırlar ki, hicabı həmin balans siyasətinin tərkib hissəsinə aid edirlər. Ölkədə dinin inkişafının hakimiyyət üçün kabus olduğunu hesab edən düşüncə sahibləri isə, mövcud qadağanı məngənə mexanizmi kimi dəyərləndirirlər.

Əslində nə baş verir? Hələ də həbsxana həyatında hicab qadağasına etiraz etdiyi üçün məhkum olunan Azərbaycan ruhanilərinin də yer aldığı bu həssas mövzu bizi bir daha ciddi olaraq düşünməyə dəvət edir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button