ArxivIslamXəbər lentiXəbərlər

Masallı sakinləri Şeyx Sərdarın həbsinə etiraz olaraq dinc yürüş keçirib

Masallıda Şeyx Sərdarın arxasında cümə namazı qılan yerli sakinlər onun həbsinə etiraz ediblər.

Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maidə.Az saytının baş redaktoru, Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dinc etiraz aksiyası keçirlib.

“qafqaz.ir” Maide.Az-a istinadən xəbər verir ki, bu gün Masallı cümə məscidində Şeyx Sərdar Hacıhəsənlinin arxasında namaz qılan müsəlmanlar cümə namazından sonra onun həbs edilməsinə etiraz edib.

Əllərində ruhaninin şəkillərini tutan dindarlar, onun həbsini pisləyib və sərbəst buraxılmasını tələb edib.

Saytın məlumatına görə, aksiya zamanı 15 nəfər saxlanılıb.

Qeyd edək ki, ölkənin nüfuzlu din xadimləri və dini təşkilatlar ruhani Şeyx Sərdar Hacıhəsənlinin həbsini ilə əlaqədar etiraz bəyanatları verib. Ruhani ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsini qanunsuz hesab edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button