ArxivXəbər lentiXəbərlər

Masallı icra başçısının xanım müavininin şok korrupsiya “halqası” ifşa olunur

RAYON POLİSLƏRİ ŞİKAYƏTÇİLƏRİ TƏQİB EDİR

Bir neçə gün öncə saytımızda “İcra başçısının xanım müavininin şok korrupsiya “halqası” ifşa olundu– MASALLIDA NƏ BAŞ VERİR?” başlığı ilə yazı dərc edilmişdi. Yazı ilə bağlı qısa məlumatı yenidən təqdim edirik.

Son bir neçə ayda 7news-in redaksiyasına Masallı rayonundan ilginc məlumatlar daxil olmaqdadır. Çox təəssüflə qeyd etməliyik ki, daxil olan məlumatlarda əsas şikayətlər məhz rayon icra hakimiyyəti aparatının məsul işçilərindəndir. Redaksiymıza daxil olan son müraciətlərdən biri də Xıl kənd sakini, Əmirov Əlişan İsfəndiyar oğlu tərəfindəndir. Məlumat üçün bildirək ki, müraciətdə əsas məqam İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qafarova Aybəniz Oktay qızının rayon vətəndaşlarından korrupsiya yolu ilə əldə etdiyi on minlərlə manat vəsaitlərin taleyi ilə bağlıdır.

Müraciətdə qeyd olunur ki, əvvəllər Xıl kənd tam orta məktəbin direktoru olmuş İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova mövcud statusundan istifadə edərək kulli miqdarda vəsait hesabına həm əvvəlki işlədiyini məktəbə direktor, direktor müavini, həm də rayonda digər vəzifələri pulla açıq satışa çıxarıb. 3500 manat müqabilində isə saxta diplomlu Əli Bağışovu direktor müavini təyin edib. Məlumatda o da qeyd olunur ki, Aybəniz Qafarova öz “müştərilərindən” aldığı vəsaiti birbaşa rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynova çatdırdığını deyib. Ən maraqlı və utancverici məqam ondan ibarətdir ki, rayon polis idarəsinin əməkdaşları da icra baçsının müavinin cinayətlərinə “ortaq” çıxırlar. Belə ki, Aybəniz Qafarovaya etiraz edən hər kəs polis idarəsində yüksək səviyyədə təzyiqlərə məruz qalırlar.

Növbəti yazımızda isə Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ilə bağlı daha biabırçı, cinayət tərkibli faktları, audio və videogörüntüləri oxucularımızın diqqətinə çatdıracağıq. Aybəniz Qafarova rayonda hansı vəzifələri nə qədər pula və kimlərə satıb?

Jurnalist obyektivliyinə uyğun olaraq xanım məmurun mövqeyini dərc etmək üçün İcra hakimiyyətinin rəsmi saytında göstərilən nömrə ilə əlaqə saxlamağa bir neçə dəfə cəhd etsək də heç bir nəticə əldə edə bilmədik.
Bu yazıdan sonra Xıl kənd sakini, Əfqanısatan müharibə veteranı Əmirov Əlişan İsfəndiyar oğlu redaksiyamıza müraciət edərək rayonda bəzi polis əməkdaşları tərəfindən təqib olunduğunu dedi. O müraciətində yüzlərlə əlilin pulunu yeyən, rayondakı vəzifələri açıq satışa çıxaran İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qafarova Aybəniz Oktay qızının polislər tərəfindən qeyri-qanuni mühafizə olunması cinayətin əhatə dairəsini də genişləndrmiş olur. Mövzunu diqqətdə saxlayacağıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button