ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Markov: Azərbaycan Rusiyanın razılığı ilə 3 ildən sonra nəzarətində olan qalan ərazilərini geri qaytaracaq

Çox güman ki, Azərbaycan və Ermənistan yaxın vaxtlarda sülh müqaviləsi imzalaya bilməyəcək.

Markovun sözlərinə görə, Rusiya Aİ-dən fərqli olaraq Cənubi Qafqaz yolunda qeyri-ictimai şəkildə işləyir:

“Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanması üçün hər şeyi etdiyini və uğur qazandığını açıq şəkildə göstərməyə çalışır. Amma elə deyil. Müvəffəqiyyət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bu müqaviləyə görə də Qarabağ tamamilə Bakının nəzarətinə keçməlidir”, deyə Markov bildirib. 

Rusiyalı ekspertin fikrincə, Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır, ancaq o şərtlə ki, erməni icması üçün çox yüksək səviyyədə muxtariyyət müəyyən edilsin.

“Ən çox ehtimal olunan ssenari ondan ibarətdir ki, Ermənistan qeyri-konstruktiv davranışını davam etdirəcək, Azərbaycan isə üç ildən sonra Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının mandatı başa çatdıqdan sonra Rusiyanın razılığı ilə qalan ərazilərini öz nəzarətinə qaytaracaq. Təxminən belə də olacaq. İndi biz bunu prinsipcə Rusiya və KTMT-nin qondarma sərhəddə eskalasiyaya reaksiyasından gördük”, deyə ekspert vurğulayıb. 

Ekspert əlavə edib ki, Rusiya moderator kimi neytral qalmaq, bu vəziyyətdə hər iki tərəfə qarşılıqlı məqbul çıxış yolu tapmaqda kömək etmək istəyir: “Bu yanaşma olduqca aydındır. Amma yenə də Moskva, Bakı və İrəvanın üçtərəfli bəyanatının tezliklə həyata keçirilməsinin və dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafında Rusiya və Azərbaycan daha çox istəklidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button