ArxivXəbər lentiXəbərlər

Mahmud Vaizi: Azərbaycan İran vətəndaşları üçün viza qaydalarını sadələşdirir

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycanın İran vətəndaşları üçün viza qaydalarını sadələşdirməsindən xəbər verib.

Mahmud Vaizi Azərbaycana olan 3 günlük səfərinin sonunda İRNA-ya verdiyi müsahibədə deyib: Azərbaycan prezidenti İlham Əliyev İran vətəndaşları üçün vizanın ləğv edilməsi vəya sadələşdirilməsi ilə razılaşıb.

M.Vaizi əlavə edib: İlham Əliyev Azərbaycanın əlaqədar orqanlarına İran ilə aktiv əməkdaşlığın edilməsi və İran prezidentinin Bakıya olacaq səfərinə kimi, iki ölkə arasındakı yeni əməkdaşlıq sahələri ilə bağlı işlərin yekunlaşdırılması barədə göstəriş verib.

M.Vaizi İran-Azərbaycan sərhədində dəmir yolu körpüsünün quraşdırılması əməliyyatının başlanmasına da işarə edib və deyib: Bu layihənin icrasının sürətləndirilməsi üçün xüsusi bir komitənin yaradılması haqda razılıq əldə olundu.

İran-Azərbaycan Müştərək İqtisadiyyat Forumunun iranlı həmsədri bank, neft və qaz, elektrik enerjisi, səhiyyə və kənd təsərrüfatı üzrə əməkdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirilən danışıqları da önəmli adlandırıb və deyib: İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi iki ölkə xalqı arasında gediş-gəlişin artmasına səbəb olacaq.

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri çərşənbə günü Astara-Astara dəmir yolu körpüsünün təməlqoyma mərasimində iştirak etmək məqsədi ilə yüksək səviyyəli bir heyətin başında Azərbaycana səfər edib. Mahmud Vaizi bu səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə də görüşüb.

İran və Azərbaycan arasında 4 əməkdaşlıq sənədinin imzalanması mərasimində iştirak M.Vaizinin səfər proqramında yer alan digər məsələlərdən olub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button