ArxivNardaranXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İctimai Birliyinin sədri Tale Bağırovun məhkəməsilə bağlı münasibətini bildirib

Daha əvvəl də xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Prokuror məhkəmədən Taleh Bağırovun ömürlük, digərlərinin isə 10 ildən 20 ilə qədər müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

“Maarifçiliyə Dəvət” İctimai Birliyinin sədri Elçin Manafov bununla bağlı münasibətini bildirib.
Hacı Elçin Manafov “Hedef14.az”-a verdiyi açıqlamasında deyib ki, “Hacı Tale və onunla birgə həbs olunanlara məhkəməyə qədər verilən işgəncələr bizdə dərin narahatlığa səbəb olmuşdu. Nəhayət məhkəmə prosesi başladıqdan sonra həqiqətin üzə çıxmasına və hər kəsə ayan olmasına görə nisbədətən təskinlik tapmışdıq. Lakin məhkəmədə də prosesin yalan ittihamlarla, heç bir dəlil olmadan, qeyri obektiv və hüquqazidd şəkildə aparıldığının şahidi olduq. Əsində bu gözlənilməz bir şey deyil və bütün bunlar bir daha müttəhimlərin təqsirsizliyini, ittihamçıların isə saxtakarlıqlarını göstərdi. Hətta cəmiyyətdə şübhə içində qalan insanlar da agah oldular.
Beləliklə proses bu oyunu quranların tam olaraq istəklərinə uyğun reallaşmadı. Yəni əllərində güc mexaizmləri olduğu üçün qanunsuzluqlarını həyata keçirsələr də, haqqın məlum olmasının qarşısını ala bilmədilər və həqiqi mənada qalib gələn isə, günahsız, zülmə məruz qalmış haqq carçıları oldular.
Biz Tale bağırovun da, digər müttəhimlərin də təqsirsizliyinə inanırıq, onlar haqqındakı ittihamların saxta olduğunu düşünürük və prokurorun məhkəmədən istədiyi cəzaya etirazımızı bildiririk.”

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.
Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
Məhkəmə prosesi yanvarın 9-da davam etdiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button