ArxivIslamXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İB-nin sədri Elçin Manafov Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

“Maarifçiliyə Dəvət” İctimai Burliyinin sədri hacı Elçin Manafov Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Maarifçiliyə Dəvət” İB-nin Mətbuat Xidməti tərəfindən yayımlanan təbrik bəyanatında deyilir:

“Bismillahir-rəhmanir-rəhim. Bu gözəl bayram münasibətilə bütün dünya müsəlmanlarını, Azərbaycan xalqını, inanclı bacı-qardaşlarımızı təbrik edirəm, başda İmam-zaman (ə.f) və onun haqq naibi olmaqla.
Fitr bayramı İslam dinində ən böyük bayramlardandır. Möminlər 1 ay boyunca Allah qonaqlığında olub və indi öz bayramlıqlarını, mükafatlarını almaq ərəfəsindədir.
İnşallah bayram gününə xas olan əməlləri yerinə yetirməklə ibadətlərini kamilləşdirmiş, fitr zəkatını verib, bayram namazlarını qılmış olarlar. İnşallah belə gözəl günlərin birində İmamın zühurundan xəbərdar olub, o şad xəbərlə sevinərik.
Bu bayram günündə Allahdan ilk arzularımızdan biri də budur ki, nahaq ittihamlarla həbs olunmuş möminlər tezliklə zindandan çıxsınlar.
İnsan bu ayda məzlumların, yoxsulların, müstəzəflərin vəziyyətini daha yaxşı anlayır, dərk edir, acların dərdinə şərik olur, fitrətən oyanır, bəsirəti açılır və bu yolla unutqanlığını aradan qaldırmaq üçün fürsət yaranır.
Azərbaycanlılar ümumilikdə işğala, zülmə, təcavüzə məruz qalmış bir xalq kimi məzlumların halını daha yaxşı anlayır, zülmə, zalıma nifrət edir. Arzumuz, duamız budur ki, tezliklə işğala məruz qalmış torpaqlar azad olsun, insanların haqqı bərpa edilsin, firavan həyat nəsibləri olsun.
Allah elə gözəl, mərhəmətli və mehribandır ki, Özünə yaraşan şəkildə mükafat verər, düşündüyümüzün fövqündə lütf edər. Allahdan istəyimiz budur ki, bağlı qapıları Öz iradəsi ilə açsın, bəndələrinin gücü çatmayan işlərdə inaətini göstərsin, məxsusən məhbəsdə olan mücahid qardaşlarımızın işinə fərəc versin.
Arzum buruk ki, gələn Ramazan ayına qədər bu mübarək Ramazanın mənəvi halını davam etdirə bilək. Necə ki, oruc tutduq, Qədr gecələri əhya saxlayıb ibadət etdik, ümid edirəm ki, həmin mənəvi ab-havanı Ramazan ayından sonra da ruhumuza hopdurarıq.
Bir daha səmimi təbriklərimi çatdırır, ölülərimizə rəhmət, dirilərimizə salamatlıq, can sağlığı və müvəffəqiyyətlər arzu edirəm.
Allah xalqımıza halal, minnətsiz ruzi, hidayət, doğru yol, bolluq əta etsin, əmin-amanlıq, firavanlıq, rifah, əmniyyət nəsib etsin.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button