ArxivXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İB “Əyyami Fatimə” ni bu dəfə Xızı rayonunda qeyd edib – Foto – Video

qafqaz,ir Hədəf14.az-dan xəbər verir ki, artıq bir neçə gündür ki, “Əyyami-Fatimə (s.ə)” günlərini yaşamaqdayıq. “Əyyami-Fatimə (s.ə.)” günləri – Peyğəmbərimizin (s) yadigarı, dünya və Axirət xanımlarının seyyidəsi Həzrət Fatiməyi-Zəhranın (s.ə) şəhadətini əhatə edən günlərdir. Xanımın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma, alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi, İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə “Fatiməyi-əvvəl” deyilir. İkinci rəvayətə görə isə, İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür. Ona görə də alimlər bu iki rəvayət arasındakı 20 günü “Əyyami-Fatimə (s.ə)” adlandırıblar. Dünyanın bütün yerlərində Peyğəmbərsevər insanlar İslamda qadının həqiqi rəmzi olan bu müqəddəs Xanımın (s.ə) məşəqqət dolu həyatını kədərlə yada salır, o Həzrətin (s.ə.) şəhadətinə səbəb olmuş amillərə görə indinin özündə də narahatlıq keçirirlər. Bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da bu ağır günlər qəm içərisində qeyd edilir. Kimisi evində, kimisi məsciddə kimisi də qəlbində “Əyyami Fatimə” günlərinin acısını yaşayır.
Bununla bağlı “Maarifçiliyə Dəvət” İctimai Birliyi paytaxtdan sonra daha bir əza məclisini Xızı rayonunda qeyd edib. Şimal nümayəndəlikləri tərəfindən təşkil “Əyyami Fatimə”də icma rəhbərliyi, bölgə üzvləri və xeyli sayda dindar iştirak edib. Məclis Qurani Kərimin tilavəti ilə başlayıb. Tilavətdən sonra icma sədri hacı Elçin Manafov əzadarlara hz Fatimənin (ə) həyatından, fəzilətindən və İslam düşmənləri tərəfindən amansızcasına şəhadətə yetirilməsindən bəhs edib. Daha sonra ehsan çay süfrəsi və mərsiyələr deyilib, sinə vurulub. Sonda dualar edilib. İcma sədri bu cür məclislərin paytaxt və regionlarda silsiləvi təşkil edəcəklərini deyib. O, bildirib ki, əzadarlıq məclisləri hz Fatimənin (ə) müsibətindən, ona və bütün Əhlibeytə olunan haqsızlıqları, İslam düşmənlərinin etdiklərini insanlara çatdırmaq borcumuzdur. “Bu günlər çox fəzilətli günlərdir. Çalışıb əza məclislərində iştirak etmək, xanımın hörmətinə Allahdan bağışlanmaq üçün dua və tövbə etmək lazımdır. Allah bizim günahlarımızı bəşərin ən üstün xanımı olan Xanım Fatimyi Zəhraya (ə) xatir bağışlasın. Məzlum xanımın düşmənlərini bildiyi kimi etsin. Biz də icmamız adından başda imam Zaman (ə.f) olmaqla bütün Əhlibeyt sevərlərə baş sağlığı və səbr diləyirik”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button