ArxivXəbər lentiXəbərlər

Məşhur azərbaycanlı güləşçi “İŞİD”-in tərkibində öldürülüb

Güləş üzrə Azərbaycan R. yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.

Lent.az-ın verdiyi məlumata görə, Çamsulvara Çamsulvarayev, İraqa getdikdən sonra adını dəyişib və “Al Bara” adını götürüb. Çamsulvarayevin öldürülməsini İngiltərənin IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

Azərbaycan Güləş Federasiyası İraqda İŞİD-in tərkibində öldürülən güləşçi ilə bağlı açıqlama verib. Federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib ki, Ç.Çamsulvarayevin İraqda İŞİD-in tərkibində döyüşməsindən məlumatsız olublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button