ArxivIslamXəbər lentiXəbərlər

MƏN NƏ ÜÇÜN ORUC TUTMALIYAM? 7 SƏBƏB

Oruc tutmaqla 7 ehtiyacımı təmin edirəm:
1 – Çünki bu – mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2 – Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
3 – Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir.
4 – Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm.
5 – Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızların halını duymağa başlayıram – o kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur.
6 – Çünki, oruc mənim psixoloji yenilənməyimə xidmət edir. Mənim dayanmağa, düşünməyə, ötüb keçmişləri və gələcəyi yenidən dəyərləndirməyə imkanım olur.
7 – Çünki, oruc məni başlıca məramıma – kamil insan olmaq məqamına yaxınlaşdırır. Zira, oruc – vücudi intibahın ən mühüm elementlərindəndir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button