Arxiv

Məmur övladları necə dolanır?

Azərbaycanda mərkəzi icra hakimiyyətlərinə – nazirlik və komitələrə rəhbərlik edən məmurların övladları hansı işlərdə çalışır?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlu var və onların heç biri məmur postu tutmur. Onlar kapitalları hesabına ictimaiyyət arasında biznesmen, iş adamı kimi tanınırlar. Kəmaləddin Heydərovun oğlanlarının hər ikisi nüfuzlu London Iqtisadiyyat Məktəbində təhsil alıblar.
“Fövqəlnazir”in böyük oğlu olan Tale Heydərov diaspor fəaliyyəti göstərən “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidentidir. Tale Heydərov bir neçə dəfə gurultulu proyektlərilə medianın diqqətini cəlb edib. Ümumiyyətlə, Azərbaycan mətbuatı onun personasına daim maraq göstərir. Tale Heydərov hazırda Avropada-Ingiltərədə yaşayır. O, “Avropa-Azərbaycan Cəmiyyəti”ni və “Qəbələ” Futbol Klubunu da elə oradan idarə edir. Tale Heydərov həm də “United Enterprises International” şirkətlər qrupunun Idarə Heyətinin sədridir.
Tale Heydərov uğurlu diaspor fəaliyyətinə görə hətta ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə də təltif olunub.
Fövqəlnazirin kiçik oğlu Nicat Heydərov həmin “United Enterprises International” şirkətlər qrupunun sədr müavinidir.
Tale və Nicat Heydərovlar bu holdinqin sahibliyini bölüşən əsas şəxslər sayılırlar. Holdinqin Azərbaycanda, Ingiltərədə və Almaniyada ofisləri var. Heydərov qardaşlarının rəhərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan müxtəlif şirkətlər də var.
Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır.
Azərbaycanda daha bir nüfuzlu nazirliyi idarə edən məmurun – nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da iş adamı və diaspor təşkilatının rəhbəri kimi tanınır. Anar məmmədov Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlər qrupundan sayılan “ZQAN Holding”in Müşahidə Şurasının sədridir. Bu holdinqə tikinti, inşaat, nəqliyyat və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər daxildir.
Nazir oğlu həm də “Azərbaycan – Amerika Alyansı”nın təsisçisi və sədridir. Bu təşkilat Amerikada diaspor fəaliyyətilə məşğuldur.
Bundan başqa, Anar Məmmədov 2011-ci ilin dekabrında təsis olunan Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. “Azərbaycan Qolf Federasiyası” Ictimai Birliyinin məqsədi qolf idman növünün Azərbaycanda inkişafına və təbliğinə kömək etməkdir.
Ziya Məmmədovun qızı Nigar Məmmədova Konservatoriyanı bitirib, mədəniyyət sahəsində çaılışır. Əldə etdiyimiz məlumata görə, musiqiçi olan Nigar Məmmədova atası haqqında bir mahnı da bəstələyib.
Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Nazirin oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində Istintaq Idarəsinin rəisidir.
Gənclər və idman naziri Azad Rəhimovun bir övladı var. Modern.az-a məlum olub ki, nazirin oğlu Arif Rəhimov tələbədir, Iqtisad Universitetində təhsil alır.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu da kifayət qədər yüksək vəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev artıq bir neçə yüksək post dəyişib. Teymur Mehdiyev 2003-cü ildə Gənclər və Idman Nazirliyində turizm idarəsinin rəisi təyin olunub. Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra isə T.Mehdiyev turizm üzrə nazir müavini vəzifəsinə irəli çəkildi.
2011-ci ildə Teymur Mehdiyev Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. Elə həmin ilin iyulunda Teymur Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin övladlarından biri bizimlə həmkardır. Nazirin üç övladından biri – Nərgiz Şirəliyeva Rusiya telekanallarının birində jurnalist kimi fəaliyyət göstərir.
Nazirin bir oğlu Tibb Universitetində tələbədir. Oqtay Şirəliyevin böyük oğlu Murad Şirəliyev isə bank sektorunda çalışır.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bır qızı və bir oğluvar. Əli müəllimin oğlu Şamxal Həsənli “Kaspi Global” istehsalçı şirkətinin rəhbəridir. Bu yaxınlarda mətbuata məlumat verən Şamxal Həsənli bildirib ki, “Kaspi Global” istehsalçı şirkəti Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə teleserial çəkir.
Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun oğlu Emin Həsənov polis sistemində çalışır, zabit kimi məsul vəzifə tutur.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakim, digəri isə Xarici Işlər Nazirliyində çalışır.
Keçmiş müdafiə naziri Səfər Əbiyevin 2 övladı var. Onlardan biri Roman Əbiyev Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsində çalışır. Bundan əvvəl isə Roman Əbiyev Xəzər rayon Prokurorluğunda müfəttiş kimi çalışıb.
Yeri gəlmişkən, Xəzər rayon prokuroru Fəxri Ələsgərov Milli Məclisin sabiq spikeri, mərhumMurtuz Ələsgərovun oğludur. Onun qardaşı Fuad Ələsgərov isə Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiridir.
Keçmi təhsil naziri Misir Mərdanovun üç övladından biri Rizvan Mərdanov polis zabitidir. O, DIN-in Narkotiklə Mübarizə Idarəsində işləyir. Nazirin iki qızından biri Samirə Mərdanova filologiya elmləri namizədidir, Bakı Dövlət Universitetində Azərbaycan dili və metodika kafedrasında dosent vəzifəsinində çalşır. Nazirin digər qızı Gül Mərdanova haqqında isə heç bir məlumat əldə edə bilmədik.
Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun oğlu zəngin adamlar sırasına daxil edilir. Məlumatlara görə, üzdə görünməyi çox sevməyən Ilqar Bəşirov atası kimi gəmiçilik sahəsində çaılışır. I.Bəşirova məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button