ArxivIslamXəbər lentiXəbərlər

Məhərrəm ayının təqvimi/Yeddinci gün

Məhərrəm ayının təqvimi
Məhərrəmül-həram ayının daxil olması və Peyğəmbərin (s) övladının şəhadət günləri münasibətilə bütün şiələrə, Əhli-beyt (ə) aşiqlərinə, dünyanın azad insanlarına başsağlığı verir və Əba Abdullah Hüseynin (ə) qanlı qiyamının məhərrəm ayının birinci ongünlüyündə Aşura axşamına qədər baş verən hadisələrini qısa şəkildə sizə təqdim edirik.

Yeddinci gün
Übeydullah ibn Ziyad, Ömər ibn Sədə məktub yazaraq, ondan istəyir ki, ordusu ilə Fərat çayının yolunu bağlasın və onlara su içməyə imkan verməsin.
İbn Səd də bu əmrdən sonra Əmr ibn Həccacı 500 nəfərlik ordu ilə Fərata göndərərək, imamın və onun səhabələrinin suya yolunu bağladı.
Bu günü Abdullah ibn Həsin Əzdi adlı bir nəfər bağıraraq deyir: “Ey Hüseyn! Bu suyu bir daha səma rəngində görməyəcəksən. Allaha and olsun ki, onun bir damcısını da içməyəcəksən və susuz can verəcəksən.”
İmam Hüseyn (ə) buyurur: “İlahi, onu susuz öldür və Öz rəhmətini heç vaxt ona şamil etmə.”
Həmid ibn Muslim deyir: “Allaha and olsun ki, bu danışıqdan sonra onun yanına getdim və gördüm ki, xəstədir. O qədər su içirdi ki, qarnı şişirdi, yenə fəryad çəkirdi ki, susuzam. Yenə su içirdi, amma doymurdu. Bu cür də can verdi.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button