ArxivIslamXəbər lentiXəbərlər

Məhərrəm ayının təqvimi/Aşura

Məhərrəm ayının təqvimi

Qafqaz mədəniyyət mərkəzi-Məhərrəmül-həram ayının daxil olması və Peyğəmbərin (s) övladının şəhadət günləri münasibətilə bütün şiələrə, Əhli-beyt (ə) aşiqlərinə, dünyanın azad insanlarına başsağlığı verir və Əba Abdullah Hüseynin (ə) qanlı qiyamının məhərrəm ayının birinci ongünlüyündə Aşura axşamına qədər baş verən hadisələrini qısa şəkildə sizə təqdim edirik.

Aşura gecəsi 4 mühüm hadisə
1. Aşura gecəsində imam Hüseynin (ə) tərəfdaşlarından olan Məhəmməd ibn Bəşir Həzrəmiyə xəbər verirlər ki, oğlunu Rey sərhədində əsir tutublar. O deyir: “Onun və özümün düçar olduğum müsibətin savabını Mütəal Allahdan istəyirəm və oğlum əsir olduğu halda özümün diri qalmağımı istəmirəm.” İmam Hüseyn (ə) onun bu sözlərini eşidir və ona buyurur: “Allah səni bağışlasın. Mən beyətimi səndən götürürəm, get oğlunu azad et.”
Məhəmməd deyir: “Nə qədər ki, sağam, əgər belə etsəm və səndən ayrılsam,vəhşi heyvanların yemi olum.” İmam ona hər birinin dəyəri min dinar olan beş dəst libas verib deyir: “Onda bu paltarları yanında olan oğluna ver ki, qardaşını qurtarmaq üçün istifadə etsin.” (25)
2. İmam Hüseyn (ə) Aşura gecəsində səhabələrinə şəhid olacaqlarını xəbər verir və onları ilahi mükafatla müjdələyir. Bu məclisdə Qasim ibn Həsən (ə) imama deyir: “Mən də şəhid olacağam?” İmam mehribanlıqla deyir: “Ölüm sənin üçün necədir?” Deyir: “Əmi! Ölüm mənim üçün baldan da şirindir.” İmam buyurur: “Sən də şəhid olacaqsan, oğlum Abdullah (ə) (südəmər körpə) da şəhid olacaqdır.” Qasim deyir: “Düşmən ordusu çadırlara hücum edəcəkmi?” İmam Abdullahın (ə) şəhadət hadisəsini danışır və Qasim (ə) tab gətirmir, hönkürtü ilə ağlamağa başlayır. Hamı fəryadla ağlayır. (26)
3. Aşura gecəsi həzrət Əbu Abdullah (ə) əmr edir ki, çadırları qorumaq üçün qarşısında xəndək qazsınlar. Sonra da üzərini çör-çöplə bağlasınlar. Düşmən gələnə yaxın ona atəş vursunlar ki, bu düşmənin çadırlarla arxadan yaxınlaşmasına imkan verməyəcək. İmamın bu tədbiri çox faydalı idi. (27)
4. Şeyx Səduq dəyərli “Əmali” kitabında yazır: “Aşura gecəsi Əbu Abdullah Hüseynin (ə) göstərişi ilə həzrət Əli Əkbər (ə) səhabələrdən 30 nəfəri ilə Fərat çayından su gətirir. İmam onlara buyurur: “Qalxın, bu su ilə qüsl və dəstəmaz alın. Bu sizin son azuqənizdir.” (28)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button