ArxivIslamXəbər lentiXəbərlər

Məhərrəm ayının təqvimi/Altıncı gün

Məhərrəm ayının təqvimi

Qafqaz mədəniyyət mərkəziMəhərrəmül-həram ayının daxil olması və Peyğəmbərin (s) övladının şəhadət günləri münasibətilə bütün şiələrə, Əhli-beyt (ə) aşiqlərinə, dünyanın azad insanlarına başsağlığı verir və Əba Abdullah Hüseynin (ə) qanlı qiyamının məhərrəm ayının birinci ongünlüyündə Aşura axşamına qədər baş verən hadisələrini qısa şəkildə sizə təqdim edirik.

Altıncı gün

Übeydullah ibn Ziyad məhərrəm ayının altıncı günü Ömər ibn Sədə məktub yazaraq ona bildirdi ki, mən səni bütün qüvvələrlə təchiz etmişəm. Diqqətli ol ki, sənin bütün işlərin barədə gecə-gündüz mənə məlumat verirlər.

Məhərrəm ayının altıncı günündə Həbib ibn Məzahir, Əba Abdullah Hüseynə (ə) dedi: “Ey Peyğəmbərin övladı! Bu yaxınlıqda Bəni Əsəddən olan bir tayfa yaşayır. İcazə versəniz mən onların yanına gedib, onları sizə qoşulmağa dəvət edərəm.
İmam Hüseyn (ə) ona icazə verdi. Həbib ibn Məzahir gecə ikən onların yanına gedib belə dedi: “Sizin üçün ən yaxşı ərməğan gətirmişəm. Sizi Allah Rəsulunun (s) övladının köməyinə çağırıram, onun elə köməkçiləri vardır ki, onlardan hər biri min döyüşçüdən yaxşıdır və heç vaxt onu tək qoymayıb, düşmənə təslim etməyəcəklər. Ömər ibn Səd böyük qoşunla onu mühasirəyə alıb. Siz mənim qəbiləm olduğunuz üçün sizi bu xeyirli yola dəvət edirəm. Bu gün mənə qulaq asın və onun köməyinə tələsin ki, dünya və axirət izzəti sizə nəsib olsun.”
Həbib ibn Məzahir, Bəni Əsəd tayfasına nəsihət etdi. Bu vaxt Bəni Əsəddən olan Abdullah ibn Bəşir adında bir nəfər ayağa qalxıb dedi: “Mən bu dəvəti qəbul edən ilk şəxsəm.” Sonra bu məzmunda bir rəcəz oxudu: “Şübhəsiz bu dəstə agahdır ki, müharibəyə hazır olduqları zaman və süvarilər işin şiddətindən qorxduğu zaman, mən sanki meşədə olan şir kimi şücaətli döyüşçüyəm.”
Bundan sonra qəbilənin kişilərindən doxsan nəfər ayağa qalxıb, imam Hüseynə (ə) kömək üçün yola düşdü. Bu zaman bir nəfər gizli şəkildə Öməri bu işdən xəbərdar edir. Ömər, Əzrəq adlı bir nəfəri 400 nəfərlik atlı ilə onların ardınca göndərir. Onlar yolda bir-birləri ilə vuruşurlar. Bəni Əsəd bu orduya qarşı çıxa bilməyəcəklərini görəndən sonra dağılışır, öz qəbilələrinə qayıdıb, oradan köçüb gedirlər ki, Ömər ibn Səd onları qətliam etməsin. Həbib, imamın yanına gəlir və hadisəni həzrətə danışır. İmam, “La hovla və la quvvətə illa billah” zikrini oxuyur. (14)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button