Mədəniyyət nazirinin Nizami Gəncəvinin yubileyi münasibətilə müraciəti
Ərdəbil ə yaləti m ədəniyyət və i slami i rşad i darəsinin baş direktoru N. Gəncəvinin yubleyi mərasimində m ədəniyyət və i slami i rşad nazirinin bu münasibətlə müraciətini oxuyub.
Qafqaz Həqiqətləri Ərdəbil Əyaləti Mədəniyyət və İslami İrşad İdarəsinin ictimai əlaqələr bölməsinə istinadla xəbər verir ki, bu idarənin baş direktoru Abdullah Bəhrül-Ülumi Nizami Gəncəvinin Ərdəbildə keçirilən anım mərasimində mədəniyyət və islami irşad nazirinin bu münasibətlə ünvanladığı müraciəti oxuyub.
Müraciətdə deyilir: “İran ın mədəniyyət təqvimində 21 isfəndin (12 mart) həkim Nizaminin adına qeyd olunması, Şərqdə bütün fars dili , ədəbiyyat və hikmət sevərlərin sənət və ədəbiyyat sahəsinin bu dahi şəxsiyyətinə minnətdarlıq əlamətidir. ”
Mədəniyyət və islami irşad naziri Məhəmməd Məhdi İsmailinin müraciətinin mətni aşağıdakı kimidir:
İran bir ürəkdir, bu aləm bədən,
Olmaz xəcalətli belə söz deyən.
Çünki ürəyidir bu yerin İran,
Ürək yaxşı olar bədəndən, inan!
Bu misraların şairi İran mədəniyyətinin və fars dilinin ən görkəmli şair və natiqlərindəndir. Hansı ki, Avropanın qəlbindən tutmuş, Çinin şimalına qədər öz müxatəblərinin üzünə hikmət, bilik, gözəllik, xeyirxahlıq və səadət qapılarını açıb.
İranın mədəniyyət təqvimində 21 isfəndin (12 mart) həkim Nizaminin adına qeyd olunması, Şərqdə bütün fars dili, ədəbiyyat və hikmət sevərlərin sənət və ədəbiyyat sahəsinin bu dahi şəxsiyyətinə minnətdarlıq əlamətidir.
Nizami İranın ədəbi-mədəni ənənəsi və fars dilinin möhkəm bağıdır. Bizim şirin sözlü nadir şairimiz fars poeziyasının hekayətçilik coğrafiyasında kamil ustalıqla işin öhdəsindən elə gəlmiş və məqsədi elə çatdıra bilmişdir ki, əsrlər ötməsinə və fars poeziyası coğrafiyasında böyük şairlərin meydana çıxmasına baxmayaraq, heç kim ondan irəli keçə bilməyib və o, hələ də fars hekayələrinin hərəkətverici qüvvə si dir.
Onun rəngarə ng, çeşidli və ətirli dünyası mifologiya sahəsindən tutmuş teoloji, əxlaqi və mistik ədəbiyyata qədər genişdir. Bu geniş coğrafiyada həmin dünya insan həyatının təsviridir, sevgi və şövqün şərhi bütün müxtəlifliyi və çeşidliyi ilə yaxşılıq və xeyirlə dolu bir dünyaya təcəlli edir; insanın son məqsədinin həmin yer kürəsində yaşamaq olduğu bir dünya.
Hikmət sahibi olan natiqimiz öz dastanları arasında hər yerdə macal tapırsa, səltənət və sərvət sahiblərini nəsihət çırağı ilə həyatın düzgün yoluna dəvət edir, onlardan insanlara əmin-amanlıq istəyir.
İ rfani təlimləri onda ilahiyyatın və nəfsi istəklərdən xilas olmağın dərinliyini göstərir.
Elə bir abidi seçir Yaradan –
Keçə Allah üçün öz varlığından
Onun ədəbi irsi bilikli və fəzilətli bir şəxs olduğunu sübut edir. Nizami dövrünün elmlərini geniş və dərindən öyrənmiş, bu biliklərdən sözünü şirinləşdirmək üçün faydalanmışdır.
Nizaminin ürək oxşayan şeirləri həyatın bütün sahələrinin ürəkaçan mənzərəsidir. Sevgidən, uğursuzluqdan, keçidlərdən, ayrılıq ümidlərindən, suallardan, mistik hikmət öyrənməkdən tutmuş, romantik şeirlərə qədər.
Başqa sözlə, o, insan həyatının hər yönünü təsvir edib. Elə buna görə də şöhrət küləyi müxtəlif üfüqləri silkələmiş, şairlər və hekayətçilər də onun yolu ilə getmişlər.
Fars poeziyası coğrafiyasında onun şeir üslubunda yazılmış çox şaxəli və səmərəli nəzirələr göstərir ki, Nizami haqlı olaraq bu geniş mədəniyyət sahə sinin hekayə t sənətinə usdatlıq etməyi bacarmışdır.
Əsrlər boyu əsərlərinin oxucuları öz mənəvi kədərlərini və peşəkar xəyallarını parlaq və təravətləndirici mənzərəsini onun şeirlərində tapmışlar. O dərəcədə ki, bu bəhanənin insanlarının mədəniyyətinin bütün kultlarının hekayətçisi ola bil mişdir.
Nizamini Nizami edən onun biliyi və ilahi biliyin həyat verən iksirinə inam və onu şairanə yaradıcılıqla qaynayan bulaqda axıtmaqdır.
Fars dili və şairanə yaradıcılığı ilə dünyada qalmış h əkim Nizami adı mədəniyyət dünyasını bəzəyəcəkdir. O, zamanın və məkanın qabığını layiqincə yara, şeirinin təzə təravətli axını ilə aləmin ətrafı ilə danışa bilmişdir.
Ümid edirik ki, onun insanpərvər təlimlərindən istifadə etməklə dünyamız sülh, dostluq, qardaşlıq, gözəllik və sənətlə dolu olacaqdır.
Çox yaşa, ömürdən faydalan özün,
Çalış özgəyə də ziyan dəyməsin.
Məhəmməd Məhdi İsmaili
Mədəniyyət və islami irşad naziri