Livanda son illərdə İsrail kəşfiyyatına cəsusluqda ittihamlandırılan 185 nəfər saxlanılıb. Artıq onların bəziləri haqda məhkəmə hökmü çıxarılıb.
bu barədə Livanın təhlükəsizlik mənbələri məlumat veriblər.
Bildirilib ki, Livanda 2019-cu ildən bu yana ümumilikdə İsrailə cəsusluq ittihamı ilə 185 nəfər saxlanılıb ki, indiyə qədər onlardan yalnız 25-i barədə hökm çıxarılıb.
Mənbələr bu sayda çoxlu şəxslərin İsrailə cəsusluqda fəaliyyət göstərmələrinin əsasən iqtisadi vəziyyətlə bağlı olduğunu bildiriblər.
Əlavə edilib ki, bu şəxslərin çoxu realda mövcud olmayan fərqli şirkətlərdə iş imkanlarının yaradılması ilə bağlı Mossad tərəfindən təkliflər nəticəsində cəlb ediliblər.
Livan təhlükəsizlik qüvvələri cari ilin əvvəlində İsrailə işləyən 17 cəsus şəbəkəsini aşkarladığını bildirmişdi.