ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Liberman: Əliyev ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir!

Liberman: Əliyev ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir!

Sionist rejimin ultra-ifratçı siyasətçisi Aviqdor Liberman üstüörtülü şəkildə İlham Əliyevin müasirlik adı altında öz xalqına qarşı repressiyaları gücləndirməsini alqışlayıb.

“Vesti” telekanalında müsahibə verən Knessetin deputatı, İsrailin keçmiş maliyyə və müdafiə naziri Aviqdor Liberman iddia edib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir.

Sionistlərin müsəlman və şiə ölkəsinə xərçəngvari nüfuzunu təmin etməsindən dolayı ailə rejiminə minnətdarlığını ifadə edən Liberman sonra deyib: “Azərbaycan bir dövlətdə öz adət-ənənələrinə riayət edə və başqa xalqların adətlərinə hörmət edə bilmənin gözəl nümunəsidir”.

O, həmçinin İsraillə Azərbaycan arasında əlaqələrin guya böyük tarixə malik olduğunu qeyd edib.

“Bu, heç də 32 il əvvəl diplomatik münasibətlərin qurulması ilə başlamayıb. Demək olar ki, azərbaycanlılarla yəhudilər arasında münasibətlər uzun əsrlər boyu davam edir. Yəhudilərin özlərini buradakı kimi rahat hiss etdikləri keçmiş SSRİ-nin başqa bir respublikasının adını çəkmək çətindir. Yəhudilərə tolerantlıq və hörmət azərbaycanlıların qanında var”, – deyə ekstremist siyasətçi sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Libermanın dediyindən fərqli olaraq Azərbaycan Respublikasında hakimiyyətin sionist-pərəst təbliğat aparmasına rəğmən İsrail aparteid rejimi kimi qəbul olunur və Əliyevin belə bir bədnam rejimlə isti əlaqələr qurması qınaq obyektinə çevrilib.

Sosial mediada gedən müzakirələrdən isə aydın olur ki, sionistlər tolerantlıq hiyləsi ilə Azərbaycanın həssas mərkəzlərinə soxulduqları üçün işğalçı rejimdən gələn təhlükə insanlar arasında ciddi təşviş yaradıb.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button