ArxivNardaranXəbər lentiXəbərlər

Leyla Yunus Avropa Parlamentində çıxış etdi: “Azərbaycanda 160 nəfərdən artıq siyasi məhbus var”

“Tanınmış hüquq müdafiəçisi Leyla Yunus 160 nəfərlik siyasi məhbus siyahısını Avropa Parlamentinə təqdim edib”

İslaminSesi xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev öz şəxsi Facebook səhifəsində məlumat yayıb. Oktay Gülalıyev bildirib ki, Leyla Yunus siyasi məhbusların müdafiəsi ilə bağlı Avropada görüşlərə başlayıb. Onun növbəti görüşü Avropa Parlamentində olub: “28 noyabrda Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən müzakirələrdə Leyla Yunus son həbslər, hazırda məhkəməsi gedən “Nardaran işi” və siyasi məhbuslarla bağlı çıxış edib. O çıxışında son siyahısını təqdim edərək Azərbaycanda 160 nəfərdən artıq siyasi məhbusun olduğunun bildirib. Avropalı parlamentariləri onların azadlığa buraxılması istiqamətində mübarizəyə səsləyib. Avropa Parlamentində politoloq Arif Yunus isə Azərbaycanda İslam faktoru mövzusunda çıxış edib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button