ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Lavrov: “Azərbaycan Rusiya ərazisində sülh müqaviləsi imzalamağa hazırdır”

Kreml Qərbi Qafqazda sülhə mane olmaqda günahlandırır

Rusiya Qərb dövlətlərini Moskva, Bakı və Yerevan arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə imkan verməməkdə ittiham edir.
Bu barədə yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, Avropa İttifaqı və ABŞ Rusiyadan yan keçməklə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını özlərinə məxsus üsullarla təşkil etmək istəyirlər:
Mənim bütün əsaslarım var ki, Qərb Rusiyanın vasitəçiliyi ilə Yerevanla Bakı arasında bağlanmış razılaşmaların baş tutmasına imkan vermək istəmir”.
“Ancaq yaxşı bilirik ki, Cənubi Qafqazda qərbli dostların “yaxşı” məsləhətləri həmişə mövcuddur və bu məsləhət bəzən prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilir. Amma fakt budur ki, Qərbin məsləhətləri heç də həmişə razılıq əldə etmək məqsədi daşımır. Region ölkələri arasında öz maraqlarının tarazlığına əsaslanaraq, lakin öz geosiyasi məqsədlərini təşviq etmək – bu da hamıya yaxşı məlumdur”, – deyə Lavrov bildirib.
O, Azərbaycanın Rusiya ərazisində sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib:
Qərb tərəfdaşlarının Ermənistan-Azərbaycan sülh müqaviləsini yalnız onların ərazisində imzalanmasını istəmələri faktdır. Azərbaycanın bu, münaqişənin dayandırıldığı Rusiya ərazisində yekunlaşmasını istəməsi də faktıdır. Yerevanın buna nə qədər hazır olması mənə məlum deyil”.
Sergey Lavrov Ermənistanın Sünik bölgəsindən keçən marşrutun Yerevanın mövqeyinə görə bağlı qalmasından təəssüfləndiyini bildirib:
Çox təəssüf edirəm ki, Sünik bölgəsindən marşrutun açılması kimi praktiki, Ermənistan üçün faydalı olan şey hələ də kağız üzərində qalır. Bunun səbəbini Yerevanın mövqeyində görürəm”.
Yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara bildirmişdi ki, Azərbaycan 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində işğal olunmuş mövqelərini tərk etməyəcək.
O, Ermənistanın sərhəddəki işğal olunmuş ərazilərlə bağlı Azərbaycana qarşı iddialarını əsassız adlandırıb.
Həmin açıqlamadan 3 gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İlham Əliyevin açıqlamasının sülh prosesinə ciddi zərbə vurduğunu söyləmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button