ArxivXəbər lentiXəbərlər

Laçından yeni görüntülər – Foto

Erməni işğalı altında olan Azərbaycanın Laçın rayonunda qanunsuz olaraq ermənilərin məskunlaşması davam edir. Rayonun Şəlvə kəndindən yeni görüntülər yayılıb.
AzadXeber.az-ın ans-ə istinadən məlumatına görə, kənd haqqında reportaj erməni kanallarında yayımlanıb. Şəlvə kəndində yerləşdirilən ermənilər mənzil problemindən şikayət ediblər. Ermənilər kəndin inkişafı və çiçəklənməsi üçün mənzil problemlərinin olmasından şikayətlənirlər.
Xatırladaq ki, Laçın rayonu rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə, 125 kənd olub.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir.
Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button