ArxivIslamXəbər lentiXəbərlər

Külli miqdarda elektrik borcuna görə işığı kəsilən “Hacı Səfərəli” məscidindən videoreportaj

Bildiyiniz kimi bir neçə gün öncə Novxanıda “hacı Səfərəli” məscidinin 24 min manat elektrik enerjisinin borc səbəbindən kəsildiyi xəbəri yayılıb. Kənd sakinləri və məscidə gələn inanclı şəxslər bu barədə özlərinin sosial hesablarında tez-tez münasibət bildirib etiraz edirlər. Elektrikin olmaması gündəlik azanın da verlməməsinə səbəb olub. Çəkiliş zamanı mıscidin səlahiyyətli şəxsləri məsciddə olmadığı üçünmövzuya münasibət öyrənə bilmədik.

Məsələ ilə bağlı “Azərişıq”ASC-nin mətbuat xidməti ilə əlaqə saxlanıldığında mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, məscidin elektrik enerjisinə görə 24 min yox, 9 min manat borcu var: “Bizim üçün abonentlərin fərqi yoxdur. Borc tam ödənildikdən sonra elektrik enerjisinin verilişi bərpa olunacaq. Məscidlərin hamısı Qafqaz Müsəlmanları İdarəsinin tabeliyindədir. Borcu da QMİ ödəsin”.

Biz də Hədəf14.az olaraq ötən gün sözügedən məscidə üz tutduq. Cümə günü olduğundan məsciddə xeyli dindar vardı. Məlum oldu ki, borc məsələsinə görə yerli əhali könüllü olaraq məscidə maddi dəstək olur. Artıq 4 min manat borcdan silinib. Bu səbəbdən də elektrik enerjisi bərpa olunub. dindarların sözünə görə, qalıq borcu tam ödənilməsə işıqları yenidən kəsilə bilər.

Adıçəkilən məsciddə lentə aldığımız görüntüləri sizə təqdim edirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button