Paytaxtın kirayə mənzil bazarında qiymətlər dekabr ayından başlayaraq artıb. Bu sahədə 10-20 faiz arasında bahalaşma qeydə alınıb.
qafqaz.ir Xəzər TV-yə istinadən bildirir ki, ən çox qiymət artımı ənənəvi olaraq şəhərin mərkəzi hissəsində – Neftçilər prospektində və bulvara yaxın ərazilərdə müşahidə edilir. Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, bu ərazilərdə 2 otaqlı mənzilin 1 aylıq kirayəsi 600-800, hətta bəzi hallarda 1000 manata qədər çıxır.
Qiymət artımı mərkəzdən kənar zonalarda da müşahidə edilir. Ekspertin sözlərinə görə, Bakının 2-ci və 3-cü zonalarında 2 otaqlı ən ucuz kirayə mənzilin qiyməti 300 manatdan başlayır.
Ekspert bahalaşmanı bir sıra səbəblərlə izah edir.
Bahalaşma tendensiyasının Novruz bayramına qədər davam edəcəyi bildirilir. Qiymətlərin yay aylarında düşmə ehtimalı var.