ArxivXəbərlər

Kim düz deyir?

Komandan düz deyir yoxsa XİN-in mətbuat katibi?

Aprelin 6-da İran mətbuatında İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqarinin açıqlaması yayılıb. Iranlı komandan verdiyi açıqlamada qeyd edib ki, Azərbaycanla İran arasında, Culfa rayonunda 44 metrlik mübahisəli ərazi İrana birləşdirilib.
Bu xəbərin mürəkkəbi qurumamış Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev açıqlama verərək iranlı komandanın dediklərini təkzib edib və bildirib ki, ümumiyyətlə, Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz. Yayılan açıqlamalardan hansı həqiqətə uyğundur? Komandan düz deyir yoxsa XİN-in mətbuat katibi?
Bu suala hələlik cavab vermək imkanımız yoxdur, hələ ki, yerli mətbuat orqanlarından, jurnalistlərdən heç kim bu təzada aydınlıq gətirməyib, yəqin ki, çox keçmədən aydınlıq gətiriləcək.
XİN yetkilisinin belə bir reaksiyası anlaşılandır, çünki əliyev rejiminin nöqteyi nəzərincə ilin günün bu vaxtında Azərbaycan ərazisinin 44 metrlik ərazisinin qardaş ölkə də olsa İrana və ya başqa bir ölkəyə birləşdirilməsi ilə bağlı xəbər cəmiyyətdə birmənalı qarşılanmaya bilər. Lakin həqiqətə baxsaq, vəziyyəti qiymətləndirsək, bir neçə məqamı üstündə durmaq olar.
Birincisi, XİN-in mətbuat katibi Elman Abdullayev həqiqəti açıq aşkar təhrif edir, çünki sərhədyanı mübahisəli ərazilərlə bağlı Azərbaycan Gürcüstan və Rusiya ilə apardığı danışıqlar nəticəsində Gürcüstan və Rusiya ayrı ayrı prosiyalarda Azərbaycan ərazisinin bir hissəsini qoparıb.
Özü də elə uzaq keçmişdə də təxminən 4-5 il əvvəl. İkincisi, hazırda regionda, xüsusilə də Ukraynada baş verən hadisələr fonunda iranlı komandanın bəyanatını əliyev rejimini qıcıqlandırmaya bilməzdi və ola da bilər ki, hakimiyyət bu məsələ ilə bağlı susqunluğa da üstünlük versin. Lakin yəqin heç kimin yadından çıxmayıb ki, bir neçə ilə əvvəl iranlı komandanın dediyi həmin Culfa rayonunun Bənənyar kəndinin cammatı Aşura gününü qeyd etmək istəyərkən hüquq mühafizə orqanlarının əməkdaşları şiə müsəlmanlarını qanına qəltan etmişdi və əzadar müsəlman fəalları həbsə atdı, həmin adamlar bu gün hələ də həbsdədir.
Üçüncü məqamsa ondan ibarətdir ki, Hüseyn Zülfüqarinin bəyanatı prezident İlham Əliyevin Naxçıvana səfəri ərəfəsində yayıldı. Bu Əliyevə hansısa bir formada mesaj ola bilərmi? Suala cavab verməkdə çətinlik çəkirik ancaq onu qeyd etmək lazımdır ki, İlham Əliyevin şiələrə qarşı münasibətini hicaba qoyulan qadağada, hicab məhbuslarının hələ də həbsdə qalmasında görə bilərik…/islamtimes/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button