Aktual

Ölümsüz qəhrəmanlar: Şəhid Məhəmməd Əli Rəcai

Həyatı sözün əsil mənasında marağımızı çəkən Şəhid Rəcai haqqında məlumat əldə etmək bizə çox da asan olmadı

Uzun sürən axtarışlarımız nəhayət ki, növbəti qəhrəmanımızı siz oxuculara təqdim etmək şərəfini bizə nəsib etdi. Hal-hazırda adına İranda böyük liman, neft istehsalı zavodu verilən bu dəyərli şəxsin haqqında məlumatımız məhdud olsa da bu az məlumatla onun böyük simasını az da olsa siz oxuculara tanıda biləcəyimizdən ümidliyik.

Məhəmməd Əli Rəcai 1933-cü ildə İranın Qəzvin əyalətində dünyaya göz açır. İlk orta təhsilini də Qəzvində alan Rəcai 1948-ci ildə təhsilini orta natamam bitirərək Tehrana gəlir. O dövrlərdə Qəzvindəki təhsilin orta natamam olması hələ məktəbin aşağı siniflərində oxuyanda belə Rəcaidə təhsilinin davamı üçün seçəcəyi xəttin dəqiq qərarını müəyyən edirdi. 1948-ci ildə Qəzvin orta məktəbini bitirən Məhəmməd Əli Tehrana gələrək Tehran Hava Qüvvələri liseyinə daxil olur. Beş il boyunca burada təhsil alan Rəcai təhsili ilə yanaşı hərbi xidmətini də burada başa vurur. 1953-cü ildə liseyi bitirən Məhəmməd Əli sənədlərini Tehran Pedeqoji Unversitetinin Riyaziyyat fakültəsinə verir. Bununla da ikinci təhsilə yiyələnməyə başlayan Rəcai bu sahədə də xüsusi naliyyət əldə edir. Unversitetdə təhsil aldığı dövrlərdə Rəcai İranda baş qaldıran istismar siyasətini sərt formada tənqid edərək İranın xarici siyasətdə tutduğu mövqeyi əslində İranın bir çox dövlətlərdən asılı vəziyyətə gəlməsinin göstəricisi olduğunu vurğulayaraq bunu həm cəmiyyət arasında, həm də yerli media vasitəsi ilə pisləyir. Ölkədə fəaliyyət göstərən hərəkatların fikir və düşüncələrini yaxından təqib edən Məhəmməd Əli bu addımların gələcəkdə hansı nəticələr verəcəyini təxmin edərək bu hadisələrə təsir göstərməyə çalışır. 1959-cu ildə Unversitetin məzunu olan Rəcai əvvəlcə Xansarda, daha sonra Qəzvin, son olaraq isə Tehranda müəllim kimi çalışmağa başlayır.

1961-ci ildə fəaliyyət göstərən “Azadlıq Hərəkatı”na üzv olan Rəcai qısa bir zamanda hərəkatın fəallarından birinə çevrilir. İranın daxılındəki istismarçı siyasətə, dinə qarşı reperessiyalara, cəmiyyətin iqtisadi böhranına laqeyd baxa bilməyən Rəcai xalqın təfəkkür tərzinə məntiqli əsasları ilə təsir göstərərək onları öz haqlarını tanımağa çağırır. 1963-cü ildə apardığı təbliğat səbəbi ilə Rəcai həbs olunur. Iki aylıq həbs cəzası ilə cəzalanan Rəcai həbsdən çıxdıqdan sonra apardıqları təblığatın təzyiqlərə məruz qalmaması üçün hərbi qanada olan ehtiyacı yaxın dostu və müttəfiqi Məhəmməd Cavad Bahünərə bildirir. Fikirlərini tamami ilə dəstəkləyən Bahünər ittifaq birliyində bütün güclərini birləşdirərək lazımı kadırların axtarışına çıxırlar. Qısa bir zamanda lazımı qüvvə toplanır. Hərbi hazırlıq üçün ayrılan xüsusi ərazi isə gələcəyin İran İslam İnqilabının qurulmasında xüsusi rolu olacaq əskərlərin həmən ərazıyə göndərməsi ilə nəticələnir. Hərbi bilgi Azadlıq Hərəkatının daxili qüvvəsinə inamla yanaşı artıq bir ictimai güc olaraq öz yerini müəyyənləşdirmək imkanı yaradır.

1971-ci ildə daxili siyasətin tənzimlənməsi istiqamətində addımların genişlənməsi layihəsi çərçivəsində Rəcai Fransaya səfər edir. O burada bir çox tanınmış siyasətçilər, o cümlədən ictimai xadimlərlə görüşərək İranın mövcud durumunu danışaraq dünya ölkələrinin diqqətini şahın dağıdıcı siyasətinə yönəldir. Eyniliklə dinc əhaliyə qarşı qətliam törədən şahın məqsədlərini xaricdə olan hüquq təşkilatlarına çatdıran Rəcai bu hallara vaxtında reaksiya verilməıyəcəyi halda nəticənin düşünüldüyündən də ağır olacağını Fransa dövrü mətbuatında işıqlandırır. Fransadan sonra Türkiyə, daha sonra isə Suriyaya səfər edən Rəcai burada da nüfuzlu din xadimləri, siyasi liderlərlə görüşür, İranın mövcud vəziyyətini onlara anlatmağa çalışır.

Onun fəaliyyətinin sərhədlərini müəyyən edən İran şahı Rəcainin həbsini onun qədəm qoyduğu istənilən ölkədən xahiş edir. 1975-ci ildə Rəcai həbs olunur. Əvvəlcə Kəsr, daha sonra Evin həbsxanalarına salınan Rəcai 4 il azadlıqdan məhrum olma cəzasına layiq görülür. Həbsdə olduğu dövrdə də İranda baş verən hadisələri yaxından təqib edən Rəcai görüşə bildiyi ilk fürsət adamı ilə yaxın dostu Bahünərə xəbərlər göndərərək mövcud şəraitdə atılacaq addımlar barəsində fikirlərini bildirir.

1979-cu ildə Rəcai dörd illik həbs cəzasından sonra azadlığa çıxır. Təbii ki, artıq uzun zaman qoşulduğu azadlıq hərəkatına dönən Rəcai ictimai fəallığını bir az da artırır. Ölkədə kuliminasıya həddinə çatan İslam mübarizəsi azadlıq hərəkatı ilə bir bütünlük təşkil edərkən Rəcai və Bahünər İmam Xomeynin rəhəbərlik etdiyi xəttin ağıllı təfəkkürləri sırasında öncüllərə çevrilir. Rəcai hərəkata xüsusi dəstək vermək üçün İran ziyalıları birliyini yaratmaq qərarına alır. Çox araşdırmadan sonra isə işin sərhədlərini quraraq Müəllimlər İslam Birliyi Təşkilatını yaradır. Bunulada hərəkat unversitetə, orta məktəblərin qapılarından rahatlıqla içəri daxil ola bilir. Təkcə müəllim, şagir və tələbələr deyil, o eyni halda ali və orta məktəb müəllimləri, xüsusi rütbəli təhsil müəssisələri rəhbərliklərini bu hərəkata yönəldə bilir. Qısa bir zaman ərzində Şəhid Rəcainin fəaliyyəti öz dəyərli effektini verir. Fransada mühacirət həyatını yaşayan İmam Xomeyninin də yaxından təqib etdiyi bu prosseslər İran kütləsini, sadə insanlardan ziyalılarına qədər hər kəsi şah rejminin istismarına etiraz üçün bir xətt üzərində cəmləyə bilir.

Beləcə uzun sürən mübarizə, qətil və həbslər, qadağa və təqiblərdən sonra 1979-cu il fevral ayında İran xalqının azadlıq sevən kütlələrinin küçələrə axışması İran İslam İnqilabının baş tutmasına səbəb olur. 14 illlik mühacirət həyatından sonra nəhayət ki, ölkənin ali dini lideri Musəvi Xomeyni ölkəsinə dönür. Xalqın seçimi ilə şah rejminin devrilməsi elan olunur və referendum olkəni İslam Respublikası elan edir. Xalqın seçimi İranı İslam Respublikası görməklə yanaşı artıq uzun zaman təzyiqə məruz qalan mənəvi dəyərlərinin də xalqa qaytarılması istəyi ilə referendum baş örtüyünü xalqın əksər çoxluğunun istəyi ilə qəbul edərək İranda istənilən qadının geyiminin tərkibinə baş örtüyünü daxil edir.

Əlbəttə bütün həyatını əyləncə, əyyaşlıq və əxlaqsızlıq üzərinə quran şəxslərin, eyni halda hakimiyyətini itirən harınlamış kübar sinifin bu dövlətin qurulması ilə narahatlığı anlaşılan idi. Onlar hər vəchlə çalışırdılar ki, ölkə xaus içində qalaraq adi insanlara İslam Dövlətinin yararsız olması təsəvvürü hakim olsun. Buna görə də ölkədə əks təbliğat aparmaqla yanaşı ümidsizlik toxumu da əkilməkdə idi. Şəhid Rəcai belə bir zamanda toplantıda təhsil sahəsində olan xüsusi bilgi və istedadı səbəbi ilə onu İmam Xomeyni təhsil idarəsinin başçısı Təhsil Naziri təyin edir. Bir il zaman kəsiyində təhsil naziri kimi çalışan Şəhid Rcai İran Təhsil sistemində bu gün də rəhbər olan xüsusi əsasları ilə fərqlənən tədris proqramı hazırlaya bilir.

1980-ci ildə Tehranda Şəhid Rəcai millət vəkili olaraq səs toplayıb milli məclisə qatılır. Ölkənin gəlgin vəziyyətində, terror, etirazçıların apardığı təbliğatın cövran etdiyi zazanda Rəcai Tehranın istiqamətini sabitləşdirmək istiqamətində xüsusi işlər görür. Xalq kütlələri ilə yaxın əlaqələr quran Rəcai onlara İranın gələcəyinə ümidli olmağı və bu istiqamətdə mətin və dözümlü olmağa səsləyir. 1980-cı il Avqustun 9-da Şəhid Rəcai İslami Şura Məclisi (Milli Məclis) tərəfindən ölkənin ilk baş naziri olaraq seçilir. Bu seçim yeni qurulmuş dövlət üçün əhəmiyyət baxımından rolunu dəyərincə dərk edən Şəhid Rəcai İran üçün xüsusi əhəmiyyət daşıyan layihələrə imza atır. Xüsusi olaraq daxili qarışıqlıq yaratmağa çalışan qüvvələrin tərkisilah edilməsi, İslam Respublikasına maniələr yaradan qüvvələrin qarşısının alınmasında böyük işlər görür.

Lakin İslam Respublikasının mövcudluğunu həzm edə bilməyən xarici dəstək sayəsində fəaliyyət göstərən qüvvələr bununla barışa bilməyəcəkləri aydın idi. Xüsusi olaraq İmam Xomeyninin təşəbbüsü ilə Prizident kürüsünə oturulan Bənisədrin Rəcai ilə kompleks addımları qarşı tərəfin cavabını gözlənilən edəcəkdi. 1981-ci ildə Prizident ofisinə yerləşdirilən böyük həcmli partlayıcı qurğunun işə düşmə səbəbi ilə bir çox dəyərli şəxslərin də yer aldığı Prizident iqamətgahi partladılır və Məhəmməd Əli Rəcai də bu partlayışda şəhid olur. Bütün İran xalqının göz yaşları ilə son mənzilə yola salınan Şəhid Rəcai cismən də olsa bu dünyanı tərk etsə də İran tarixində yaşayacaq bir çox layihələrin təşəbbüskarı olaraq xalqıın yaddaşında həmişə yaşayacaq.

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button