ArxivXəbər lentiXəbərlər

Kadırov Fondu yaxın günlərdə yüz minlərlə suriyalıya ət paylayacaq

Yaxın günlərdə Əhməd Kadırov Fondu tərəfindən yüz minlərlə suriyalıya ət paylanılacaq.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

“Fondun vitse-prezidenti Ziyad Sabsabinin bildirdiyinə görə, üç gün ərzində Dəməşqdə və ətrafında, Latakiya, Tartus, Hələb və Livandakı suriyalı qaçqın düşərgələrində yüz minlərlə insana ət paylanılacaq. Bu məqsədlər üçün artıq 2,5 qoyun, 100 dana və 10 dəvə alınıb”, – deyə Kadırov “İnstagram” səhifəsində yazıb.

O qeyd edib ki, yardımın paylaşdırılması üçün Fond 500-dək könüllü ulə əməkdaşlıq edir: “Əhməd Kadırov Fondu – yardımı Hələbə çatdırmış yeganə təşkilatdır”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button